
ABŞ-nin Şimali Myrtl-Biç (Cənubi Karolina) şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı bir nəfər ölüb, daha biri yaralanıb.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə CNN polisə istinadən məlumat yayıb.
ABŞ Federal Aviasiya Administrasiyasının məlumatına görə, təyyarədə 4 nəfər olub.
Hadisənin səbəbləri müəyyənləşdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.