
Litva 57 növ yükün Rusiya Federasiyası və Belarus ərazisindən daşınması qaydalarını sərtləşdirib.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə “Verslo zinios” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, siyahıya əsasən mikroelektronika və yarımkeçirici komponentləri olan məhsullar daxildir. Məhdudiyyət iyulun 3-dən qüvvəyə minib və azı bir il qüvvədə olacaq.
Litvanın iqtisadiyyat naziri Ausrine Armonaite qeyd edib ki, bu tədbir komponentləri hərbi istehsalda istifadə oluna bilən ikili təyinatlı malların Rusiyaya daxil olmasının qarşısını almaq üçün tətbiq edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.