
Bu gün İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyəti Naxçıvan MR-na işgüzar səfər edib.
"Report"un yerli bürosu xəbər verir ki, qonaqlar Prezidentin muxtar respublikadakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüblər.
Nümayəndə heyətinin yerli iqtisadiyyat naziri Tapdıq Əliyev, kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Xəyalə Dadaşova, Naxçıvanda fəaliyyət göstərən, ixrac potensiallı məhsul istehsal edən sahibkarlar və investorlarla da görüşü olacaq. Günün ikinci yarısında isə qonaqlar muxtar respublikada fəaliyyət göstərən istehsal müəssisələrinə baxış keçirəcək.
Səfərin məqsədi Naxçıvanda istehsal olunan məhsulların ixracının təşviqi, xarici investorların çətinliklərinin öyrənilməsi və həlli istiqamətində addımların atılması, birbaşa xarici investisiyaların cəlbi məqsədilə ixrac imkanlarının araşdırılmasıdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.