
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə keçirdiyi sayca 5-ci "CanSat Azerbaijan" model peyk müsabiqəsinin final mərhələsinin qalibləri bəlli olub.
"Report" xəbər verir ki, ümumilikdə 10 komandanın içtirak etdiyi müsabiqənin qaliblərini qurumun İdarə Heyətinin sədri Saməddin Əsədov mükafatlandırıb.
Müsabiqədə I yeri ADA Universitetinin “CanStellar”, II yeri Xəzər Univeristetinin “KhazarSAT”, III yeri isə Milli Aviasiya Akademiyasının “BadCube” komandaları tutub. Qaliblərə müvafiq olaraq 6 000 manat, 4 000 manat və 2 000 manat mükafat verilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.