
Azərbaycanda istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı bir sıra şərtlər nəzərə alınacaq.
"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə qərarında öz əksini tapıb.
Qərara əsasən, həmin şərtlər aşağıdakılardır:
- sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;
- əvvəlki dövrün orta gündəlik qaz sərfi;
- istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.