
Çilidə 5,8 maqnitudada zəlzələ baş verib.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 143 min nəfər əhalisi olan Kalama şəhərindən 204 km cənub-şərqdə, 126 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.