6-07-2023, 14:31 469

Azərbaycanda BOKT-ların sayı niyə azalır?

Azərbaycanda 4 illik fasilədən sonra bank olmayan kredit təşkilatlarının (BOKT) sayı yenidən azalmağa başlayıb.

Azərbaycan Mərkəzi Bankı (AMB) son bir ildə 4 BOKT-un - "Union Kredit" ASC-nin, "Omni Finance", "Gold Finance" və "Viza Kredit" MMC-lərin lisenziyalarını ləğv edib, əvəzində isə yeni yaradılmış heç bir BOKT-a lisenziya verməyib.

Sonuncu dəfə AMB-dən lisenziya alan "SF Azerbaijan" MMC BOKT olub ki, bunun da üzərindən il yarım keçib. "Report" BOKT-ların sayının azalmasını bu sahə üzrə ekspertlərlə müzakirə edib.

"BOKT-ların bir qismi pandemiya dövründə çətinlik çəkdi"

"Azərbaycan Mikromaliyyə Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Cəlal Əliyev deyir ki, BOKT-ların bir qismi koronavirus (COVID-19) pandemiyası dövründə əlavə vəsait cəlb edib fəaliyyətini genişləndirə bilmədi, odur ki, tədricən bazarı tərk etməli oldu: “2019-cu ildə Azərbaycanda BOKT-ların sayı 56-ya çatsa da, onların bir qismi pandemiya dövründə fəaliyyətini davam etdirməkdə çətinlik çəkdi və lisenziyasını itirməli oldu. Ümumiyyətlə, fəaliyyətini dayandıran BOKT-lar işini düzgün qura bilməyənlərdir. Düşünmürəm ki, bundan sonra Azərbaycanda BOKT-ların sayı artsın. Mövcud BOKT-ların fəaliyyətini gücləndirəcəyini gözləmək olar. BOKT-larla bağlı yeni qanun layihəsi parlamentdən keçib. Sənədin təsdiqindən sonra BOKT-ların müştərilərinə kredit verməklə yanaşı, kredit kartı buraxmaq imkanı da olacaq. Təbii ki, bunun üçün BOKT-lar sistemlərini inkişaf etdirməli, təhlükəsizlik səviyyəsini artırmalıdır. Hazırda BOKT kimi qeydiyyatdan keçib lisenziya ala bilməyən təşkilatlar da var. Onlar fəaliyyətini lombard və yaxud lizinq şirkəti kimi davam etdirir və müştərilərə kreditlər təklif edirlər".

"Təmərküzləşmə BOKT-ları da əhatə edir"

İqtisadçı-ekspert Rəşad Həsənov isə deyir ki, manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra Azərbaycanın maliyyə sektorunda təmərküzləşmə gedir və bu proses mikromaliyyə sektorunu - yəni BOKT-ları da əhatə edir: "Təbii ki, bu, arzuolunan hal deyil, amma eyni zamanda mövcud şərtlər daxilində qaçılmaz kimi görünür. Azərbaycanda BOKT-ların böyük əksəriyyəti kredit verilməsində məsuliyyətli dövr zamanı rəqabət aparmaq qabiliyyəti olmayan təşkilatlar idi və demək olar ki, bankların nəzdində fəaliyyət göstərirdi. Həmin bankların bağlanması bəzi BOKT-ların da sonunu gətirdi. Eyni zamanda problemli kreditləri olan müştərilərin sayı həddindən artıq çoxdur. Bəzi BOKT-larda problemli aktivlərin xüsusi çəkisi 40-50 %-ə çatır, onların belə şəraitdə fəaliyyət göstərməsi mümkün deyil. BOKT-ların güzəştli kredit mexanizmlərindən istifadəsi də məhduddur. Bütün bunlar onların fəaliyyətinə səmərəsiz şərait yaradır. Banklar da əvvəlki dövrlə müqayisədə daha rəqabətli kredit siyasəti həyata keçirdiyi üçün məhdud imkanlara sahib olan BOKT-lar sıradan çıxır".

Paylaş

Xəbər lenti

Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Dünən, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Dünən, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Dünən, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR