
ABŞ-ın Nyu-York şəhərində iki avtobus toqquşub.
“Report”un məlumatına görə, telekanalının yerli bölməsi bildirib ki, qəza nəticəsində azı 81 nəfər xəsarət alıb.
Qeyd edilir ki, Manhetten istiqamətində ikimərtəbəli turist avtobusu işıqforun qırmızı işığında keçərək şəhər avtobusuna çırpılıb.
Nyu Yorkun Yanğından Mühafizə İdarəsinin məlumatına görə, hadisə nəticəsində azı 81 nəfər xəsarət alıb. Onlardan 18 nəfəri xəstəxanaya yerləşdirilib, 63 nəfərə isə yerində tibbi yardım göstərilib.
Zərərçəkənlərin heç biri həyati təhlükəsi yoxdur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.