7-07-2023, 10:33 559

Ermənistanın ətraf mühiti çirkləndirən müəssisələrinin adları açıqlanıb - SİYAHI

Ermənistanın ətraf mühiti çirkləndirən müəssisələrinin adları açıqlanıb.

"Report" xəbər verir ki, bununla bağlı siyahı Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının Ermənistanın dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə bu ölkənin baş naziri Nikol Paşinyana ünvanladıqları açıq məktubda əksini tapıb.

Həmin müəssisələr aşağıdakılardır:

1. Qacarandakı Zəngəzur Mis-Molibden Kombinatının, Qafandakı dağ-mədən kombinatının xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun və digər ağır metal tərkibli mədən tullantıları Oxçuçayı və Araz çayını çirkləndirir. Zəngəzur Mis-Molibden Kombinatının səhmlərinin 60%-i Almaniyanın “Cronimet Mining GmbH” şirkətinə məxsusdur. Burada heç bir ekoloji norma gözlənilmədən il ərzində orta hesabla 20 milyon ton filiz emal edilir. Kombinatın mədən tullantıları hovuzu olan 270 milyon kvadrat metrlik Artsevanik su anbarı bütün region üçün təhdiddir;

2. Qafan dağ-mədən kombinatı 2019-cu ildən Böyük Britaniyanın “Chaarat Gold International Limited” şirkətinin tərkibindədir və hazırda “Chaarat Kapan” adlanır. İl ərzində burada orta hesabla 1.3 milyon ton filiz emal edilir. Qafan dağ-mədən kombinatının tərkibində 4.6 milyon kvadrat metr ərazini əhatə edən Gütqum (Qeqanuş) mədən tullantısı anbarı region üçün təhlükə saçır;

3. Əkərək (Aqarak) Mis-Molibden Kombinatının da ağır metal tərkibli mədən tullantıları Kərçivançay (Karçevançay) vasitəsilə Araz çayını zəhərləyir. ABŞ-ın “Comsup Commodities” şirkəti kombinatın bütün səhmlərini satın alaraq onun tam payçısıdır. İl ərzində burada orta hesabla 4 milyon ton filiz emal edilir. Kombinatın Davazam tullantı anbarında hazırda təxminən 36,8 milyon kubmetr təhlükəli tullantı toplanması barədə məlumatlar yayılıb. Tullantı anbarının suyu transsərhəd Araz çayına tökülür;

4. İşğal dövründə Ermənistan hakimiyyəti Azərbaycanla sərhəddə yerləşən Kəlbəcərin Zod yatağını qeyri-qanuni olaraq “GeoProMining” şirkətinin tam istismarına verib. 2009-cu ildə buradan 320,5 min ton, 2010-cu ildə 490 min ton, 2011-ci ildə 880 min ton miqdarında hasil edilmiş filizin emalı Dəvəli (Ararat) qızıl emalı kombinatında həyata keçirilib. Nəticədə mədən yaxınlığındakı Zod (Sotk) çayı mis, dəmir, kadmium və molibden kimi ağır metallarla çirkləndirilib. Çirklənmiş Zod (Sotk) çayının Kür çayına töküldüyünü nəzərə alsaq bu, milyonlarla insanın həyatı üçün böyük təhdiddir. 2018-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi bu mədənin işləməsinə icazə verməklə regionu çirkləndirməsinə görə, Ermənistan tərəfindən ekoloji tarazlıq hüquqlarının pozulmasına dair qərar da çıxarıb;

5. Avropa İnsan Hüquqları Məhkəməsi 14 fevral 2019-cu il tarixli qərarı ilə Şınıx (Şnoq) və Tuğut (Teqout) kəndlərinin məhkəməyə müraciət etmiş sakinlərinin torpaqlarında qanunsuz mədən sənayesi istismarını təsbit edib, bununla bağlı Ermənistan hökumətindən zərərdəymiş kəndlilərə 69400 avro dəyərində təzminat ödənməsi tələb olunub;

6. Göyçə vilayətindəki Daşdəm (Daşdam) Qızıl Mədəni ildə təxminən 10.000 unsiya qızıl hasil edir. Mədən yerli su təchizatını aramsız şəkildə çirkləndirir. Mədənin çirkab sularında arsen və civə kimi insan sağlamlığına və ətraf mühitə zərərli ağır metalların yüksək qatılığı aşkar edilib. Mədənin çirkab suları yaxınlıqdakı çayları, o cümlədən əsas içməli su mənbəyi olan Bərgüşad (Vorotan) çayını da zəhərləyir. Bərgüşad çayı Araza tökülür. Mədən Kanadanın “Lydian International” şirkəti tərəfindən idarə olunur;

7. Ermənistanın Lori vilayətindəki Axtala mədəni ildə təxminən 5 min ton mis və qurğuşun istehsal edir. Mədənin tullantı sularında mis, qurğuşun və sink kimi insan sağlamlığına və ətraf mühitə zərərli ağır metalların yüksək qatılığı aşkar edilib. Mədən “Metal Prince” şirkətinin tərəfindən idarə olunur. Mədənin çirkab suları yaxınlıqdakı Tona (Debed) çayını çirkləndirir. Həmin çay Kür çayına tökülür. Axtala mədəni 2017-ci ildə ekoloji problemlərə görə bağlanıb. Lakin 2020-ci ildə mədən yenidən istismara açılıb;

8. Qafan Manqan Zavodu nəinki Ermənistandakı, dünyanın ən böyük manqan zavodlarından biridir. Zavod manqan filizi, manqan dioksidi və digər manqan məhsulları istehsal edir, illik hasilatı təxminən 1,5 milyon ton filizdir. Manqan filizinin çıxarılması və emalı zamanı hava və suya ağır metallar, toz və digər çirkləndiricilər buraxılır. Bu çirkləndiricilər tənəffüs problemləri, nevroloji xəstəliklər və xərçəng də daxil olmaqla, bir sıra sağlamlıq problemləri yaradır. Zavod həmçinin Cənubi Qafqaz regionu üçün vacib içməli su mənbəyi olan yaxınlıqdakı Bərgüşad çayını əhəmiyyətli dərəcədə çirkləndirir;

9. Ellər (Qotayq) zavodu mis, sink və qurğuşun istehsal edən metallurgiya zavodudur. Zavod Arpaçayını mis, qurğuşun və kadium kimi insan sağlamlığına mənfi təsir göstərən ağır metallarla çirkləndirir. Zavod kükürd dioksidi, azot oksidləri və bərk hissəciklər də daxil olmaqla, böyük miqdarda hava çirkliliyi yaradır. Bu çirklənmə insan sağlamlığına mənfi təsir göstərərək tənəffüs problemləri, ürək xəstəlikləri və digər ağır xəstəliklərə səbəb olur. Zavod tullantı sularını əsas içməli su mənbəyi olan Arpaçaya axıdır. Zavodda yaranan, tərkibi ağır metallarla zəngin olan böyük miqdarda bərk tullantılar torpağı çirkləndirir və yeraltı sulara sızır;

10. Göyçə (Geqarkunik) Mis Əritmə Zavodu Ermənistanda əsas mis əritmə zavodlarından biridir. İldə təxminən 100 min ton mis istehsal edir. Zavod Ermənistanın “GeoProMining” şirkətinə məxsusdur. Zavod atmosferə çoxlu miqdarda kükürd dioksidi və digər çirkləndiricilər atır ki, bu da havanın çirklənməsinə və turşu yağışlarına səbəb olur. Zavod tullantı sularını əsas içməli su mənbəyi olan Arpaçayına axıdır. Arpaçay isə öz növbəsində çirkləndirici maddələri Araza daşıyır. Çirkab suları Arpaçayda su canlılarını məhv edir. Göyçə Mis Əritmə Zavodu ətraf mühit və insanlar üçün böyük təhlükə mənbəyidir;

11. Arazdəyəndə (Yerasx) ekoloji normaların, beynəlxalq konvensiyaların tələblərinə zidd inşa olunan yeni metallurgiya zavodunun tikintisi də dayandırmalıdır. Bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsirləri çox böyük ola bilər. Tullantıların Araz çayına axıdılması çayda yaşayan canlılar və suvarma üçün Araz suyundan istifadə edən iri təsərrüfatlar üçün faciə deməkdir. İçməli su təchizatına bu təsir həm də sərhəd ərazilərdə yoluxucu xəstəliklərin yayılmasına gətirib çıxara bilər. Bu, həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ictimai səhiyyə böhranı yaradacaq;

12. Beynəlxalq qurumlar tərəfindən də fəaliyyətinə dəfələrlə etiraz edilmiş, əleyhinə qərarlar qəbul edilmiş Amuldağ (Amulsar) qızıl yatağının istismarı nəticəsində formalaşan ağır metal tərkibli mədən tullantıları da Bərgüşad (Vorotan) çayına axıdılaraq Həkəri çayı vasitəsilə Araz çayını çirkləndirir. Qızıl hasilatı sənayesi milli sərhədlərdən kənara çıxan ekoloji çirkləndirməyə səbəb olub. Belə ki, mədən geridə böyük həcmdə tullantı süxurları və tullantı yığınları qoyur, bu isə torpağı çirkləndirir, dağlarda aşınma prosesinin kəskin sürətlənməsinə gətirib çıxarır. Amuldağ (Amulsar) qızıl yatağının bu cür istismarı Qafqaz dağları ilə əhatə olunmuş region və onun əhalisi üçün ciddi təhdiddir;

Amuldağ yatağı təbii mineral su yatağı olan İstisu (Cermuk) şəhərindən 13 kilometr məsafədə yerləşir, yatağın istismarı İstisu (Cermuk) mineral bulaqlarına məhvedici zərər vurur. Yataq həm də Arpaçay və Bazarçay arasındakı ərazidə yerləşir. Hər iki çay Azərbaycan ərazisindən keçərək Araz çayına tökülür. Amuldağ yatağının istismarında çoxdan qadağan edilmiş, ətraf mühit üçün yüksək təhlükə törədən zəhərli maddələrin istifadəsi təbiəti məhv edir, çay sularının turşulaşmasına, suyun zəhərlənməsinə səbəb olur. Qızıl hasilatının bu çayın sularını çirkləndirməsi ilə yanaşı, əraziyə yaxın yerləşən Ermənistanın ən böyük şirin su gölü olan Göyçə (Sevan) gölünün ekosisteminə də mənfi təsir göstərir.

Eyni zamanda bu sənaye Xəzər dənizi hövzəsi üçün də ciddi təhlükə törədir. Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisindən axan Arpaçay, eləcə də Bazarçay Araz çayına və oradan da Xəzər dənizinə tökülür. Beləliklə, bu, təkcə Azərbaycanın deyil, həm də İranın, eləcə də digər Xəzəryanı ölkələrin ekologiyasına ciddi ziyan vurur.

Qızıl yatağını “Lydian Armenia” şirkəti istismar edir. Bu şirkətinin tam payçısı Böyük Britaniyanın “Lydian International” şirkətidir. Şirkətin əsas səhmdarları “Orion Mine Finance” (ABŞ), “Resource Capital Funds” (ABŞ), “Merk Investments” və “Tocqueville Asset Management LP” şirkətləridir.

Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları Ermənistanı regionda ekosistemi ciddi şəkildə korlayan bu müəssisələrin fəaliyyətini dərhal dayandırmağa çağırır.

Paylaş

Xəbər lenti

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar Bu gün, 17:48 Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb Bu gün, 17:48 Mahir Emreli: "Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik" Bu gün, 17:48 "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb Bu gün, 17:48 İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib Bu gün, 17:48 Corc Rassell: "Bakıdakı Qran-pri mənim üçün uğurlu alındı" Bu gün, 17:48 İtkin düşən 5 nəfər ötən gün tapılıb Bu gün, 17:48 Ayxan Abbasov: "Sabah yaxşı təşkilatlanmış rəqibə qarşı oynayacağıq" Bu gün, 17:48 Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir Bu gün, 16:48 "Formula 1": "Aston Martin"in daha bir pilotu Bakıdakı yarışda mübarizəni dayandırıb Bu gün, 16:48 Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib Bu gün, 16:48 Bakıda valideynləri dalaşan qız ölümdən döndü Bu gün, 16:48 İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb Bu gün, 16:48 Qeyri-neft-qaz ixracında rekord artım Bu gün, 16:48 "Formula 1": "Maklaren"in pilotu Lando Norris qəza törədərək mübarizəni dayandırıb Bu gün, 16:48 Roberto Karlos: "Futboldan əldə etdiyim bütün gəlirin 99%-ni itirdim" Bu gün, 16:48 İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb Bu gün, 16:48 "Formula 1": Corc Rassell ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub Bu gün, 16:48 SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək Bu gün, 15:48 "Formula 1": Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib Bu gün, 15:48 Bakıda VAZ-2107 11 yaşlı uşağı vurub qaçdı, polis yaxaladı Bu gün, 15:48 Azərbaycanın məlumat mərkəzləri ilə bağlı əsas üstünlükləri açıqlanıb Bu gün, 15:48 SOCAR ilə İtaliya Futbol Federasiyası arasında Strateji Əməkdaşlığa dair Müqavilə imzalanıb Bu gün, 15:48 Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 15:48 Azərbaycan tezliklə Tbilisidə A sinifli hotel açacaq Bu gün, 15:48 Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək Bu gün, 15:48 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar Bu gün, 15:48 Mənzil bazarında domino effekti: Sumqayıtda bahalaşmanın SİRRİ Bu gün, 15:48 "Formula 1": Lens Stroll boliddəki problemə görə yarışdan kənarda qalıb Bu gün, 15:48 "Formula 1": Corc Rassellin Azərbaycan Qran-prisində liderliyi davam edir Bu gün, 15:48 Rəşad Nəbiyev: "Regional rəqəmsal sənaye mərkəzinə çevrilməyi hədəfləyirik" Bu gün, 15:48 AIIF 2026 çərçivəsində qala gecəsi təşkil edilib Bu gün, 14:49 Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye naziri ilə görüşüb Bu gün, 14:48 Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ Bu gün, 14:48 İlham Əliyevin sosial media hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirakına dair video paylaşılıb Bu gün, 14:48 AIIF 2026-da SOCAR-ın müxtəlif şirkətlərlə imzaladığı bir sıra sənədlərin detalları açıqlanıb Bu gün, 14:48 Lekler: Azərbaycan Qran-prisində çətin yarışa hazıram Bu gün, 14:48 AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb Bu gün, 14:48 "Kara Haydar"ın maşınlarından dəstə-dəstə pullar çıxdı Bu gün, 14:48 "Formula 1" üzrə Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq Bu gün, 14:48 Masazırda bu səbəbdən saatlardır işıq yoxdur Bu gün, 14:48 Prezidentin köməkçisi: "Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün yeni güzəşt alətlərindən istifadə olunacaq" Bu gün, 13:48 Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq Bu gün, 13:48 Qaradağda vulkan püskürüb Bu gün, 13:48 Nazir: "Beynəlxalq tərəfdaşlarla əməkdaşlıqda uzunmüddətli kapitalın cəlbinə önəm veririk" Bu gün, 13:48 UN-Habitat İçərişəhərdə sakinlər və turistlər arasındakı balansı araşdırır Bu gün, 13:48 FHN Formula 1 ilə əlaqədar təhlükəsizlik tədbirlərini yüksək səviyyədə təşkil edib Bu gün, 13:48 Təqaüdçüləri kömək etmək adı ilə talamaqda şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR