7-07-2023, 15:56 591

"Ermənistanda aparılan dağ-mədən sənayesi işləri hər hansı hesabatlılığa malik deyil və heç bir şəkildə şəffaflığa riayət olunmur, eyni zamanda ekologiya ilə əlaqədar bütün beynəlxalq standartlar pozulur".

Bu fikirləri "AVESTA.AZ"a açıqlamasında “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva deyib.

"Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları olaraq Ermənistan baş naziri Nikol Paşinyana ünvanladığımız məktubla məqsədimiz Ermənistanda aparılan dağ-mədən sənayesi işlərində ətraf mühitə ciddi zərər vurulması, ekoloji böhranla əlaqədar narahatlığımızı bildirməkdir. Biz Ermənistanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının da ölkələrində baş verən ekoloji problemlərlə bağlı narahatlıqlarını bölüşürük. Ermənistanda aparılan dağ-mədən sənayesi işləri hər hansı hesabatlılığa malik deyil və heç bir şəkildə şəffaflığa riayət olunmur, eyni zamanda ekologiya ilə əlaqədar bütün beynəlxalq standartlar pozulur. Bu da region əhalisinin hüquqlarının pozulmasına gətirib çıxarır" -, o qeyd edib.

QHT sədri bildirib ki, Ermənistanda fəaliyyət göstərən dağ-mədən sənayəsi həm Cənubi Qafqaz dağlarına mənfi təsir göstərir, aşınmalara səbəb olur, həm də buradan keçən içməli su ehtiyatına, göllərə, çaylara böyük təhlükə yaradır:

"Dağ-mədən sənayəsi nəticəsində kombinatlardan daxil olan ağır metal tullantılar çayları çirkləndirir. Həmin çaylar ki, transsərhəddir - Azərbaycandan, İrandan və digər qonşu ölkələrdən keçərək Xəzər dənizinə tökülür. Bununla da Xəzər hövzəsi və eyni zamanda Xəzərsahili ölkələr üçün ciddi təhlükə törədir".

Pərvanə Vəliyeva
Pərvanə Vəliyeva

Onun sözlərinə görə, məktubda qeyd olunan 12 fakt ictimaiyyətə məlum olan faktlardır və dəfələrlə beynəlxalq təşkilatlar tərəfindən Ermənistana etirazlar edilib:

"Belə ki, Şınıx və Tuğut kəndlərinin sakinlərinin təsərrüfata yararlı torpaq sahələrində qanunsuz mədən işləri həyata keçirilib. Nəticədə onların torpaqları yararsız hala düşüb. Həmin kəndlilər Avropa İnsan Hüquqları məhkəməsinə müraciət ediblər və Avropa İnsan Hüquqları məhkəməsi tərəfindən 2019-cu ildə Ermənistana qarşı 6 qərar qəbul edilib. Qərara əsasən Ermənistan hökuməti zərərçəkmiş kəndlilərə 69 400 avro məbləğində vəsait ödəməlidir. O cümlədən Avropa İnsan Hüquqları məhkəməsi Kəlbəcərin Zod qızıl yatağında ətraf mühitə, o cümlədən Kür çayına zərər verən kombinatın fəaliyyətinə icazə verdiyə görə Ermənistana qarşı Ekoloji Tarazlıq Hüquqlarının pozulmasına dair qərar çıxarıb".

"Biz Ermənistanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının Nikol Paşinyana ünvünladığı 60-dan çox məktubun cavabsız qaldığını müşahidə edirik. Ekofəallar qanunsuz şəkildə fəaliyyət göstərən Amuldağ qızıl yatağının işinin dayandırılması barədə prezident administrasiyasının qarşısında piket keçiriblər. Mədən bir neçə dəfə bağlansa da, sonradan onun fəaliyyəti bərpa edilib. Həmin ekofəalların cəzalandırılması ilə bağlı xarici mətbuatda da dəfələrlə xəbərlər dərc olunub. Transsərhəd kontekstdə ətraf mühitin qiymətləndirilməsi üzrə BMT-nin Espoo konvensiyasının və Transsərhəd Çaylar Konvensiyasının tələbləri Ermənistan hökuməti tərəfindən kobud şəkildə pozulduğunu vurğulamaq istəyirik. Adları qeyd olunan mədənlərə əsasən Qərb dövlətləri investisiya qoyur. Biz həmin dövlətləri və şirkətləri də məsuliyyətli olmağa çağırırıq və öz fəaliyyətlərini beynəlxalq norma və prinsiplərə uyğun şəkildə təşkil etməyi tövsiyə və tələb edirik" -, P. Vəliyeva vurğulayıb

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR