
Naxçıvan şəhərində aviakassaların iş vaxtı 2 saat artırılıb.
Bu barədə “AVESTA.AZ”un yerli bürosuna Naxçıvan Beynəlxalq Hava Limanından bildirilib.
Məlumata görə, bu addım sərnişin sıxlığı nəzərə alınaraq atılıb. Beləliklə, bundan sonra aviakassalar saat 09:00-dan 19:00-a qədər deyil, saat 07:00-dan 19:00-a qədər işləyəcək.
Paralel oalraq aviabiletlərin onlayn satışı da həyata keçirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.