8-07-2023, 11:22 551

Arayikin son çırpınışları və ya Rusiyada ətək axtarışı - ŞƏRH

Bir neçə gün əvvəl özünü Azərbaycanın Qarabağ bölgəsindəki separatçı ermənilərin “lideri” sayan Arayik Arutyunyan Rusiya Prezidenti Vladimir Putinə məktubla müraciət edib. Məktubu erməni həyasızlığı və sırtıqlığının bariz nümunəsi saymaq olar. Axı, xəritədə mövcud olmayan, heç bir dövlət tərəfindən tanınmayan qondarma və separatçı bir qurumun “rəhbəri” hansı səlahiyyətlə Rusiya prezidentinə məktub ünvanlaya bilər ki?

Həddini aşan Arutyunyan məktubda Rusiya sülhməramlılarının fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə maraqlanıb və mövcud olmayan “Laçın dəhlizi” ilə bağlı sual ünvanlayıb. Erməni nəşrləri iddia edirlər ki, məktub Ermənistanın baş naziri Nikol Paşinyan vasitəsilə Rusiya prezidentinə göndərilib.

Bu məqamda iki haşiyə çıxmaq yerinə düşər. Birincisi, elə bu yaxınlarda Arayikin yaxın çevrəsi Paşinyanla rabitənin olmaması, Ermənistan parlamentinin sədri Alen Simonyanın Qarabağdakı separatçı rejimlə əlaqə saxlamaması barədə ah-vayla dolu bir “bəyanat” səsləndirmişdi. Amma dərhal da rəsmi İrəvan bu bəyanatı təkzib etmişdi. Buradan da görünür ki, son dövrlər Paşinyanla Arayikin arası kifayət qədər sərinləyib. Bu, erməni baş nazirin bir sıra bəyanatlarından da açıq-aşkar hiss olunur. Paşinyan dəfələrlə açıqlama verərək Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını, dialoqun vacibliyini qeyd edib. Bununla da Paşinyan Arayikə “Azərbaycan nə desə elə olacaq. Mənlik bir şey yoxdur” mesajını vermiş olub. Qısacası, Paşinyan Qarabağ ermənilərinə Azərbaycanla danışıqlar aparmaq üçün təzyiq edir. Çünki erməni baş nazir yeganə çıxış yolunun dialoq və inteqrasiyadan keçdiyini gözəl anlayır və bunu Qarabağdakı ermənilərə də dolayı yollarla izah etməyə çalışır. Arutyunyanın isə bu məsələdə müəyyən qorxuları var. Çünki Paşinyanın onun əleyhinə kampaniyaya başlayacağından qorxur. Bu kampaniya isə 2020-ci il müharibəsi ilə bağlıdır. Artıq Ermənistanda müharibəni araşdıran komissiyaya Arutyunyanın dəvət edilməsi ilə bağlı fikirlər səsləndirilir. Bu isə Paşinyanın Arutyunyana “dediklərimə əməl et, yoxsa səni müharibədə məğlubiyyətin əsas fiqurlarından biri elan edəcəm” mesajıdır.

İkincisi, Qarabağda müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlı məsələ Üçtərəfli Bəyanatda qeyd edilib. Bu, Azərbaycan və Ermənistandır. Yəni, Rusiya sülhməramlılarının növbəti beşillikdə fəaliyyətinə Bakıda və İrəvanda qərar veriləcək.

Bununla yanaşı, erməni KİV-lərində tirajlanan məqalələrdən də məlum olur ki, Qarabağ erməniləri bu söhbətlərdən doymuş vəziyyətdədirlər. Artıq Arayik əleyhinə fikirlər səsləndirilir, onun səhv yol tutduğu qeyd edilir. Eyni zamanda Samvel Babayan da Azərbaycanla birbaşa danışıqlardan başqa yol olmadığını qeyd edir. Samvelin isə Qarabağ erməniləri arasında kifayət qədər nüfuzu var.

İrəvan dayağını da itirən Arayik dalana dirəndiyini anladığı üçün öz aləmində “başqa çıxış yolları”na baş vurur. Bu isə tələyə düşmüş siçanın vurnuxmağından başqa bir şey deyil.

Amma Arayikin Putinə ünvanladığı məktubun Rusiya siyasi dairələrində qəbul edilmədiyi, heç bir cavab verilməyəcəyini elə bu həftə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova diplomatik dillə açıqlayıb. Jurnalistin mövzu ilə bağlı sualına Zaxarova “Bilirsiniz, mən sizin qeyd etdiyiniz bəyanatlarla da, qeyd etdiyiniz mövqelərlə də tanış deyiləm, ona görə də şərh vermək fikrində deyiləm. Laçın dəhlizinin marşrutunun dəyişdirilməsinə gəlincə, dəyişikliklər üçtərəfli razılaşma nəticəsində baş verib. Ona görə də bu məsələ ilə bağlı razılaşdırılmamış hərəkətdən və ya üçlüyün bir-iki ölkəsinin rəyini nəzərə almamaqdan danışmaq düzgün deyil” açıqlaması ilə cavab verib. Buradan da məlum olur ki, nə Rusiya prezident administrasiyası, nə də Rusiya XİN Arayikin məktubu ilə maraqlanmayıb. Hər halda Rusiya siyasi elitası belə bir məktuba nəinki cavabın, hətta adının hallandırılmasının həm beynəlxalq hüquq və normalara zidd olduğunu, həm də belə bir addımın rəsmi Bakının kəskin reaksiyasına səbəb olacağını gözəl bilir. Eyni zamanda Zaxarova açıq-aşkar bildirib ki, məsələlər üçtərəfli bəyanatla tənzimlənir: Rusiya, Azərbaycan və Ermənistan. Arayik kimi separatçı qurum rəhbərlərinin açıqlaması, bəyanatı, yalvarışı nəzərə alınmır və ciddi qəbul edilmir.

Məsələlər bununla da bitmir. Bir neçə gün əvvəl ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinin “Vaşinqton hesab edir ki, Dağlıq Qarabağ əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan daxilində təmin oluna bilər” açıqlaması da Ermənistanda zəlzələ effektinə səbəb olub. İki cümləlik bir açıqlama Erməni siyasi arenasına bomba kimi düşüb və pəpə deyəndən məmə yeyənə qədər hamı bu açıqlamaya “cavab verib”. Hətta hazırda həbsdə olan Armen Aşotyan da Amerika səfirinə məktub ünvanlayıb. Okeanın o tayında yaşayan və siyasi meyit sayılan, Ermənistanın keçmiş XİN başçısı Vardan Oskanyan da dilə gələrək Amerika səfirinin bəyanatı ilə bağlı bir sıra açıqlamalar verib. Səfirin açıqlaması açıq-aşkar Qarabağın Azərbaycanın bir hissəsi kimi Vaşinqton tərəfindən tanınması, Qarabağda yaşayan ermənilərə Azərbaycanın təklif etdiyi hüquq və təhlükəsizlik qarantını qəbul etdiyi mənasını verir.

Azərbaycanın Qarabağ məsələsində mövqeyi açıq-aşkar məlumdur: yerli erməniləri öz vətəndaşı kimi qəbul etməyə, istənilən Azərbaycan vətəndaşına verilən hüquqlarla təmin etməyə hazırdır. Heç bir özəl statusdan söhbət belə gedə bilməz. Azərbaycan Prezidenti İlham Əliyev də bu barədə dəfələrlə açıqlama verərək Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasından başqa yolu olmadığını bildirib. Fevral ayında Münhen görüşündə çıxış edən İlham Əliyev bildirmişdi ki, Bakı Qarabağda doğulub orada yaşayan erməni cəmiyyətinin nümayəndələri ilə danışıqlar aparır. Ölkə rəhbərinin bu bəyanatı danışıqlarda iştirak etmək istəyən erməni separatçıları üçün bir siqnaldır. Yəni, nə Rusiyadan, nə Ermənistandan, nə də digər dövlətlərdən Qarabağa “ixrac edilən” ermənilərlə heç bir danışıq aparılmayacaq.

Bununla yanaşı, rəsmi Bakı Qarabağ ermənilərinin nümayəndələrini dəfələrlə paytaxta, danışıqlar aparmaq üçün dəvət edib. Qarabağ erməniləri adından Bakı ilə danışıqları kim aparacaq? Əsas məsələlərdən də biri budur. Çünki rəsmi Bakı heç bir separatçı qurumla danışıqlara getməyəcəyini açıq-aşkar rəsmi şəkildə bəyan edib. Eyni zamanda 2020-ci il müharibəsindəki hərbi cinayətlərinə görə Arayik Arutyunyan başda olmaqla, separatçı qurumun bir sıra “rəsmiləri” Bakı tərəfindən cinayətkar kimi qəbul edilir. Rəsmi dövlətin cinayətkarla danışıqlar aparmasını düşünmək sadəcə erməni təxəyyülünün məhsulu ola bilər. Əgər belə olmasaydı, Arayik Arutyunyan “əgər Rusiya vasitəçi rolunu öz üzərinə götürsə, Bakı ilə danışıqlara hazırıq” bəyanatını səsləndirməzdi.

Birincisi, rəsmi Bakının Arayiklə danışıq aparmaq istəyi yoxdur. Bu, dəfələrlə rəsmi şəkildə bəyan edilib. İkincisi, Arayik Arutyunyanın danışıqlar üçün şərt qoşmaq üçün heç bir səlahiyyəti yoxdur. Üçüncüsü, Qarabağ bütün dünya tərəfindən Azərbaycanın bir hissəsi kimi tanınıb. Hətta Ermənistanın rəsmi qurumları da dəfələrlə bu bəyanatı səsləndiriblər. Bu isə o deməkdir ki, Qarabağda yaşayan ermənilərin taleyi və hüquqları birbaşa Azərbaycan hökumətindən asılıdır və ən əsası, bu məsələ Azərbaycanın daxili məsələsidir. Heç bir kənar dövlətin müdaxiləsinə nə icazə veriləcək, nə də belə bir şey mümkün olacaq.

Arayik isə bu bəyanatı ilə Amerikadan küsdüyünü, son ümid yerinin Rusiya olduğunu bir daha açıq şəkildə bəyan edir. Çünki Amerikanın rəsmi mövqeyi Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası və Bakının onların hüquq və təhlükəsizliklərini qoruyacağına əminlikdən ibarətdir. Belə bir halda dalana dirənən Arayik yenidən xam xülyaya qapılaraq Rusiyaya üz tutub. Putinə məktub, ardınca isə belə bir açıqlama onun son çırpınışlarıdır. Amma Arayikin unutduğu bir məsələ var, Qarabağ məsələsi Azərbaycanın daxili işidir. Onu nə Arayik kimilərin, nə də onun havadarlarının istəyi həll etmir. Bu məsələdə son sözü Azərbaycanın rəsmi hakimiyyəti deyir və deyəcək. Arayik və onun quldur dəstəsi bu gedişlə yapışmağa ətək də tapa bilməyəcək...

Kamil Məmmədov

Paylaş

Xəbər lenti

Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48 Təhsildən praktikaya, icradan auditə Bu gün, 12:48 Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR