
“Çinə səfərim çox konstruktiv oldu. Məni səmimi qarşıladılar və bir sıra çox mənalı görüşlər keçirdim”.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen “” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, görüşlərdə qlobal iqtisadiyyat, ABŞ və Çin iqtisadiyyatlarında, eləcə də maliyyə bazarlarında baş verən hadisələrlə bağlı məzmunlu söhbətlər aparılıb:
“Səfərimin məqsədi Çindəki yeni iqtisadi komanda ilə görüşmək, davamlı əlaqə yaratmaq, həm fikir ayrılıqlarımız haqqında səmimi müzakirələr aparmaq, həm də ümumi qlobal çağırışları həll etmək və fikir ayrılıqlarını aradan qaldıra bilməmiz üçün əsaslı müzakirələr aparmaq idi”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.