
Zaqatala şəhərinin Azərbaycan prospektində partlayan su borusu təmir olunmur.
Bu barədə "AVESTA.AZ"un yerli bürosuna həmin ərazidə yaşayan sakinlər məlumat veriblər.
Bildirilib ki, küçəyə axan su sakinlərin gediş-gəlişini çətinləşdirib. İddia olunub ki, aidiyyəti qurumlara edilən müraciətlər isə cavabsız qalıb.
Məsələ ilə bağlı "AVESTA.AZ"un yerli bürosuna danışan Zaqatala Sukanal Sahəsinin rəisi Samir Hüseynov baş verən qəzanın aradan qaldırılacağını bildirib:
"Adıçəkilən əraziyə baxış keçirilib. Həqiqətən həmin ərazidə su sızması aşkarlanıb. Su sızmasının bərpasına başlanılıb, qəza aradan qaldırıldıqdan dərhal sonra bu ünvandakı nasazlıq təmir ediləcək".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.