
Yevlax-Mingəçevir yolunda minik avtomobili maneə çırpılıb, xəsarət alanlar var.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, Yevlax rayon Aran qəsəbəsi yolunda avtomobilin idarəetmədən çıxaraq maneə çırpılması nəticəsində 1982-ci il təvəllüdlü Natiq Qasımov, 2001-ci il təvəllüdlü Samir Əliyev və daha bir nəfər xəsarət alıb.
Zərərçəkmiş şəxslər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.