
Ötən mövsümün sonunda "Turan Tovuz"dan ayrılan Runi Eva Bolqarıstanın "MOİK 1948" komandasına keçib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, kamerunlu hücumçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
27 yaşlı forvard artıq Sofiya təmsilçisində ilk məşqinə də çıxıb.
Qeyd edək ki, Runi Eva ötən mövsüm 16 qolla "Turan Tovuz"un bombardiri olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.