13-07-2023, 14:58 1053

Romanın İspan pilləkənləri: Xalq qapısından Da Vinçiyə açılan giriş - REPORTAJ

Roma Avropada həm də ictimai meydanları ilə məşhur bir şəhərdir. Onun ən məşhur meydanlarından biri isə maraqlı tarixi tikililərin yerləşdiyi “Piazza di Spagna”dır (İspan Meydanı). Bu meydan adını İspaniyanın Vatikan Səfirliyinin yerləşdiyi binadan - “Palazzo di Spagna”dan (İspaniya sarayı) götürüb. Meydana gözəllik qatan sənət nümunələri arasında bakirə Məryəmlə bağlı yerləşdirilən sütun xüsusi yerə sahibdir. Burada qolları açılmış Məryəmin tunc heykəli təsvir olunur. Heykəlin alt hissəsində isə bir neçə mələk fiquru yerləşdirilib. Bundan başqa, meydanın mərkəzində barokko dövrünün əvvəlinə aid olan məşhur italyan heykəltəraş Lorenso Bernini tərəfindən dizayn edilmiş Köhnə Qayıq fəvvarəsi tapa bilərsiniz. Fəvvarə yarı batmış qayığı təsvir edir.

İspan meydanı turistik məkan olmaqla yanaşı, həm də Romada məşhur görüş yeridir. Çünki burada çoxlu sayda kafelər, mağazalar və butiklər fəaliyyət göstərir. Həmin məkanlardan ən populyarı isə “Babington's Tea Room”dur. Bu çay evi ona görə məşhurdur ki, 1893-cü ildən fəaliyyət göstərir. Elə bu fərqli və canlı həyata görə, İspan meydanı tarixən bir çox incəsənət nümayəndəsinə ilham mənbəyi olub. Hətta Odri Hepbern və Qreqori Pekin kimi aktyorların rol aldığı, XX əsrin məşhur filmlərindən olan “Roma tətilləri” (Roman Holiday) filmi də daxil olmaqla bir sıra filmlərdə nümayiş etdirilib. Həmin filmdə Annanın Bredliyə eşqlə tamaşa etdiyi səhnə isə meydanın ən mühüm tikilisi olan İspan pilləkənlərinin qarşısında çəkilib.

O İspan pilləkənləri ki, Romanın əsas simvollarındandır. 1723-1725-ci illər arasında salınmış bu görkəmli abidə 135 pillədən ibarətdir və zirvəsində Dağların Üçlüyü (Trinità dei Monti) kilsəsi yerləşir. Bu kilsənin inşasına XVI əsrin əvvəllərində Fransa kralı XII Lüdovikin sifarişi ilə başlanılıb və tikinti prosesi təqribən 80 il çəkib. Hazırda kilsə və onun ətraf ərazisi Fransa dövlətinin mülkiyyətidir. Maraqlı məqam odur ki, elə İspan pilləkənlərinin salınmasında da də ispan yox, fransız izi var. Bu görkəmli abidənin inşası fransız diplomat tərəfindən maliyyələşdirilib. “İspan pilləkənləri” şəklində adlandırılma səbəbi isə sadəcə “Palazzo di Spagna”nanın yaxınlığında yerləşməsidir. Bildirim ki, ötən illər ərzində İspan pilləkənləri bir neçə dəfə bərpa edilib, son əsaslı təmir prosesi isə 2015-2016-cı illərdə həyata keçirilib ki, bunu lüks moda brendi olan “Bulgari” maliyyələşdirib. Bundan sonra pilləkənlərin mühafizəsinə diqqət daha da artırılıb. Hətta 2019-cu ildə Roma bələdiyyəsi “Spanish Steps”lə bağlı bəzi sərt qaydalar tətbiq edib. Bu qaydalara görə, ziyarətçilər pilləkənlərdə oturmağa görə 250 avro, pilləkənləri çirkləndirməyə və ziyan vurmağa görə isə 400 avroya qədər cərimələnə bilər. Ancaq gəzərkən buna nəzarət edən hər hansısa bir şəxsə rast gəlmədim. İspan meydanındakı gəzintimi isə elə bura ilə yekunlaşdırdım.

Romada İspan meydanı kimi önəmli və tarixi tikililərə evsahibliyi edən digər bir əhəmiyyətli meydan isə Xalq meydanıdır (Piazza del Popolo). Buranın mərkəzində “Obelisco Flaminio” kimi tanınan qədim Misir obeliski dayanır. Bu abidə isə İtaliyanın müxtəlif bölgələrini simvolizə edən dörd aslan heykəli ilə əhatə olunub. Bundan əlavə, Xalq meydanında üç əzəmətli kilsə mövcuddur ki, Romanın məşhur kilsələrindən bəhs edəcək yazımda onları detallı təsvirinə yer veriləcək. Hazırda isə meydanın digər ən yaddaqalan elementlərinə diqqətinizi çəkmək yerinə düşər. Bunlardan biri meydanın şimal ucunda yerləşən və Xalq qapısı (Porta del Popolo) kimi də tanınan qədim Roma qapısıdır. Aurelian divarlarının bir parçası olan qapı Qədim Roma dövründə şəhərə əhəmiyyətli bir giriş nöqtəsi kimi xidmət göstərib. Bu qapı ilk dəfə III əsrdə tikilsə də, tarixən müxtəlif dövrlərdə təmir və dəyişikliklərə məruz qalıb və bugünkü görkəmini XVI əsrdə qazanıb. Üzəri maraqlı heykəllərlə bəzədilən Xalq qapısı üç girişdən ibarətdir və mərkəzi giriş ən böyüyüdür. Buranın əsas simvolik əhəmiyyəti tarix boyu imperatorlar və papaların Romaya daxil olmaq üçün bu qapıdan keçməsidir.

Bu tarixi qapının bir az irəlisində, sol tərəfdə isə İtaliya intibahının rəmzi sayılan Leonardo Da Vinçiyə həsr olunmuş muzey fəaliyyət göstərir. Leonardo Da Vinçi muzeyi bizlərə Da Vinçinin həyatını, yaradıcılığını və ixtiralarını öyrənmə imkanı tanıyır. Bildiyiniz kimi, Da Vinçi incəsənətlə yanaşı, mülki və maşınqayırma, kimya, həndəsə, riyaziyyat, fizika, geologiya kimi sahələrlə də məşğul olub və elə bu səbəbdən muzeydə onun rəsm əsərləri ilə yanaşı, ixtiralarının, mühəndislik layihələrinin ətraflı reproduksiyaları da nümayiş etdirilir. Rəsm əsərləri sırasında “Vitruvius insanı” və “Sonuncu şam yeməyi”nin mahiyyəti xüsusi olaraq video-format şəklində izah edilir. Bunlarla yanaşı, muzeydə onun Fransanın Luvr muzeyinin bəzəyi olan “Mona Liza” və Polşanın Çartovski muzeyində qorunan “Xanım gəlincik ilə” rəsmlərinə də yer verilib. Da Vinçinin hələ İntibah dövründə ilk planını hazırladığı paraşüt, vertolyot və tank kimi qurğuların eskizləri də burada ziyarətçilərə təqdim olunur. Burada məlumat lövhələrindən əlavə, Leonardonun incəsənət, elmə və innovasiyaya multidissiplinar yanaşması haqqında ziyarətçiləri tam maarifləndirmək üçün audiobələdçi də təklif olunur. Fikrimcə, Leonardo Da Vinçinin insanlığa, dünyaya və elmə olan marağı ilə tanış olmaq üçün Romaya ayaq basan hər kəs bu muzeyə baş çəkməlidir. Bu meydanları tam gəzib bitirdikdən sonra isə dincliyinizi almaq üçün özünüzü elə ətrafdakı kafelərdən birində məşhur İtalyan kokteyli “spritz”lə mükafatlandıra bilərsiniz.

Paylaş

Xəbər lenti

Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib Bu gün, 00:48 Şəhid zabitin həyat yoldaşı: "Dedim ki, səndən başqa heç kimim yoxdur" Bu gün, 00:48 Fransada etiraz aksiyaları zamanı qarşıdurmalar baş verib Bu gün, 00:48 Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür Bu gün, 00:48 Sudan ordusu Çevik Hərəkət Qüvvələrinin onlarla döyüşçüsünün öldürüldüyünü açıqlayıb Dünən, 23:48 Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar" Dünən, 23:48 Qurban Qurbanov: "Yeni futbolçuların uyğunlaşması üçün vaxt lazımdır" Dünən, 23:48 Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb Dünən, 23:48 Azərbaycanda quş əti və yumurta istehsalı kəskin artıb Dünən, 22:48 İranın XİN başçısı: Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-dən asılıdır Dünən, 22:48 Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb Dünən, 22:48 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü Dünən, 21:48 "Qarabağ"dan dramatik qurtuluş: "Neftçi" qələbəni əldən verdi Dünən, 21:48 İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir Dünən, 21:48 Anthropic: Süni intellekt ABŞ iqtisadiyyatını 2030-cu ilədək 44 trilyon dollara çatdıra bilər Dünən, 21:48 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb Dünən, 21:48 Qərbi Azərbaycan həqiqətləri: Ağudi kəndinin tarixi və demoqrafiyası Dünən, 20:48 Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır Dünən, 20:48 "Qarabağ"ın işi çətinləşdi: "Neftçi" hesabı artırdı Dünən, 20:48 700 mindən çox vətəndaşın maaşı arta bilər: Minimum əməkhaqqı ilə bağlı gözlənti Dünən, 20:48 Mustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb Dünən, 20:48 Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb Dünən, 19:48 Gəncədəki raket hücumunun dəhşətli izləri: "Bir gecənin içində beş şəhidimiz oldu" Dünən, 19:48 Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib Dünən, 19:48 "Neftçi" "Qarabağ"la oyunda yenidən önə keçdi Dünən, 19:48 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundular Dünən, 18:48 "Azərişıq"dan yanlışlıq - Məlumat lövhəsində səhv Dünən, 18:48 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib Dünən, 18:48 Bərdə xəstəxanasında dəhşətli olay: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb Dünən, 18:48 Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb Dünən, 17:48 Bakıdakı "The World of Adrenaline" sirk şousunun proqramı açıqlandı Dünən, 17:48 Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər Dünən, 17:48 Allahverdi İsrafilov: "Əsas hədəf azərbaycanlı artistləri dünyada tanıtmaqdır" Dünən, 17:48 Tələbələri maraqlandıran məsələ: Təqaüdlər artırılacaq? Dünən, 17:48 Baba Vanqanın 2026-cı il noyabr proqnozu gündəm oldu: Bəşəriyyət yadplanetlilərlə qarşılaşacaq? Dünən, 16:48 Prezident Valeh Ələsgərovu təltif etdi Dünən, 16:48 Hadrutda Azərbaycanın ən yaxşı energetikləri müəyyənləşdi Dünən, 16:48 Bakıda "The World of Adrenaline" adlı yeni beynəlxalq sirk proqramı başlayır Dünən, 16:48 Şuşa döyüşünün iştirakçısı: Məktəbli qızın məktubda qalib gələcəyinizə inanırıq deməsi əlavə motivasiya idi – müsahibə Dünən, 15:48 Bakı metrosundan istifadə edən sərnişinlərin sayı bu qədər azaldı Dünən, 15:48 Moskva hava limanlarında 370-dən çox uçuş təxirə salındı Dünən, 15:48 Manuel Noyer zədə səbəbindən "Bavariya"nın növbəti matçını buraxacaq Dünən, 15:48 Ukrayna Silahlı Qüvvələrindəki xarici muzdluların sayı açıqlandı Dünən, 15:48 Emrahın keçmiş həyat yoldaşı: "Ayrılıq qərarını mən verdim" Dünən, 15:48 Bakıda keçirilən NATO təlimi başa çatıb Dünən, 14:48 Ölkədə bir ədədi 1300 manata satılan siqarlara maraq artır: Bəs kimlər alır? Dünən, 14:48 İbrahim Tatlısesin model gəlininin evini su basdı Dünən, 14:48 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR