13-07-2023, 17:47 512

Füzulidəki prezident məktəbi necə olacaq?

Özbəkistanın dövlət büdcəsi hesabına işğaldan azad edilmiş Füzuli şəhərində 960 yerlik məktəb binası tikilir. Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının İstanbulda keçirilən VIII Zirvə Toplantısında çıxışı zamanı bildirib ki, Özbəkistanın Füzuli rayonunda böyük məktəb tikintisi təşəbbüsü iki ölkə arasında həmrəylik, dostluq və qardaşlıq əlaqələrinin daha bir təzahürüdür.

Tikinti sürətlə davam edir və məktəbin bu il istifadəyə verilməsi nəzərdə tutulur. O, Özbəkistanda artıq hər bir regionda fəaliyyət göstərən prezident məktəblərinin standartlarına cavab verəcək. Özbəkistanda prezident məktəbləri Prezident Şavkat Mirziyoyevin təşəbbüsüdür. 2019-cu ildən etibarən bu məktəblərdə təhsil almaq üçün ən istedadlı və zəkalı şagirdlər seçilir.

“AVESTA.AZ”un Daşkəndə ezam olunmuş müxbiri bu məktəblərdən birinə baş çəkib, burada yaradılan şərait və tədris prosesi ilə tanış olub.

Özbəkistanda prezident məktəbinə qəbul 5-ci sinifdən həyata keçirilir. Bunun üçün bir neçə seçmə mərhələdən keçmək tələb olunur: onlayn ərizə təqdim edilir, daha sonra riyaziyyatdan test imtahanı verilir, növbəti mərhələdə isə namizədlər tənqidi düşüncə və ingilis dili üzrə imtahandan keçirlər.

Hər il prezident məktəbinə minlərlə namizəd arasından ən istedadlı 24 şagird qəbul edilir. Şagirdlərin günü son dərəcə məhsuldar keçir: səhər saat 08:30-dan 15:30-a qədər tədris prosesi davam edir, saat 16:00-dan sonra isə şagirdlər üçün müxtəlif dərnəklər təşkil edilir ki, onlardan bəziləri, o cümlədən üzgüçülük məcburidir. Valideynlər övladlarının nailiyyətləri və qiymətləri haqqında onlayn-forma vasitəsilə öyrənirlər. Qiymətlər faizlə göstərilir ki, bu baxımdan ən yüksək göstərici 100 %-dir.

Müəllim heyəti həm yerli, həm də ABŞ, Pakistan, Hindistan, İordaniya və digər ölkələrdən olan xarici müəllimlərdən ibarətdir. Riyaziyyat, kimya, biologiya, fizika dərslərində yerli və xarici olmaqla daim 2 müəllim iştirak edir. Azərbaycanda olduğu kimi, dərslər 45 dəqiqə davam edir və interaktiv formada keçirilir. Prezident məktəbində həmçinin “Qlobal perspektivlər” kimi fərqli bir fənn də tədris olunur. Bu dərsdə şagirdlər iqlim dəyişikliyi, iqtisadi böhran kimi dünya problemlərini müzakirə edir, onların həlli üçün öz ideyalarını irəli sürməyə çalışırlar.

Bu təhsil müəssisəsində nizam-intizama ciddi riayət olunur, lakin eyni zamanda, şagirdlərə tədris prosesini “idarə etmək” hüququ verilir: məktəbin şagirdlər arasından seçilən prezidenti məktəbdə sosial məsələlərlə məşğul olur. Qeyd edək ki, şagirdlər həftənin 5 günü məktəbin yataqxanasında qalır və yalnız həftəsonları oranı tərk edirlər.

Dərnəklərə xüsusi diqqət ayrılmalıdır. Riyaziyyat, tarix, idman üzrə adi seçmə fənlərdən əlavə debat, aktyorluq, musiqi dərnəkləri var ki, burada klassik alətlərlə yanaşı, şagirdlərə Özbəkistanın milli alətlərində ifa etmək öyrədilir.

Bundan əlavə, məktəbin öz hovuzu, terrası, kiçik amfiteatrı, stadionu var. Buranın atçılıq arenasında həftədə iki dəfə atçılıq dərsləri keçirilir. Prezident məktəbində şagirdlərin öz jurnallarını nəşr etdirdiyi mətbəə, həmçinin radiokanal fəaliyyət göstərir. Şagirdlər asudə vaxtlarında müəllimləri və ya məktəbin qonaqları ilə müsahibələr təşkil edirlər.

Məktəb öz məzunları ilə fəxr edir, onlar Avropanın və ABŞ-ın ən yaxşı universitetlərinə qəbul olunurlar. Məktəbdə IELTS (International English Language Testing System) üçün orta bal 9,0-dan 7,5 bal təşkil edir.

Paylaş

Xəbər lenti

PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR