13-07-2023, 18:13 477

Qazaxda Vaqif Poeziya Günlərinə start verilib

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri iyulun 13-də şairin doğma şəhərində - Qazaxın Yuxarı Salahlı kəndində Vaqifin büstünə gül qoyulmaqla başlayıb.

"AVESTA.AZ" xəbər verir ki, sonra mədəniyyət və incəsənət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, gənc yazıçılar və şairlər Qazax şəhərinin mərkəzindəki “Mütəfəkkirlər parkı”nda toplaşıblar.

Çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov Vaqif Poeziya Günlərinin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Şuşa işğaldan azad olunandan sonra dövlət başçımızın ilk sərəncamlarından biri Şuşada həm “Xarıbülbül” festivalının, həm Vaqif Poeziya Günlərinin keçirilməsi oldu. 2021-ci ildən başlayaraq hər iki layihə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir.

O qeyd edib ki, Vaqif Qazaxda dünyaya göz açsa da, Şuşada məşhurlaşıb və orada dəfn olunub. Qazaxda start götürən Vaqif Poeziya Günləri iyulun 14-15-də mədəniyyət paytaxtımız Şuşada davam edəcək.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxışında deyib ki, Şuşa azad olunandan sonra artıq 3-cü ildir Vaqif Poeziya Günləri keçirilir: “Hələ sovet dövründə Vaqif Poeziya Günləri Vaqifin vətənində - Qazaxda start götürürdü, Şuşada davam edirdi. Bu il qərar belə oldu ki, poeziya günləri ənənəyə uyğun olaraq Qazaxda başlasın. Bu gün artıq layihəyə start verilib”.

Ədəbiyyatşünas Rüstəm Kamal çıxışında qeyd edib ki, Vaqif yazılı ədəbiyyatımızın milli etnik kodlarla köklənməsində və poeziyamızda xalqımızın öz obrazının yaradılmasında müstəsna rolu olmuş şairdir. Vaqif başdan-ayağa işıq poeziyasıdır. Onun şeirlərində ən çox mənalanan, ən çox hallanan, ən çox diqqət çəkən nur, işıq, şölə sözləridir. “Dövlətimizin başçısı İlham Əliyev və Heydər Əliyev Fondu bizim mədəniyyətimizi, ədəbiyyatımızı klassiklərimizi himayə edir. Onların yenidən milli yaddaşımıza qayıtmasında böyük rol oynayır. Bir ziyalı kimi ölkə rəhbərliyinə təşəkkür edirəm”, - deyə o, əlavə edib.

Şair-publisist Əkbər Qoşalı bildirib ki, sabah Vaqifin vətənindən – Qazaxdan Şuşaya yola düşəcək, orada poeziya günlərində iştirak edəcəklər. Bu tədbirin həm də Türk dünyasının mədəniyyət paytaxtında Türk dünyasından gəlmiş şair və yazıçıların iştirakı ilə keçirilməsi mühüm hadisədir.

Şair İbrahim İlyaslı da Vaqifin Azərbaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən, onun yaradıcılığının ədəbiyyatımıza bəxş etdiyi zənginliklərdən danışıb.

Daha sonra söz şairlərə və aşıqlara verilib, Molla Pənah Vaqifin qəzəlləri səslənib.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR