14-07-2023, 15:37 513

“AzerGold”un sədri Naxçıvana səfər edib

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan MR-da səfərdə olub.

Nümayəndə heyəti əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstəsi qoyaraq, Ulu Öndərin xatirəsini ehtiramla yad edib.

Səfər çərçivəsində Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş keçirilib. Qonaqları salamlayan F.Nəcəfli görüşdən məmnunluğu dilə gətirərək, son dövrlər Naxçıvanda bütün sahələr, xüsusilə də iqtisadiyyatın inkişafı istiqamətində atılan addımlardan, köklü islahatlardan bəhs edib. Görüşdə ötən ay dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilən “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın muxtar respublikanın iqtisadiyyatının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsinə böyük təkan verəcəyi vurğulanıb.

Səmimi qəbula görə təşəkkür edən Z.İbrahimov Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə əldə olunan müsbət nəticələr və gələcək planlar haqqında ətraflı məlumat verib, Naxçıvanda hazırkı fəaliyyət və planlaşdırılan işlərlə bağlı danışıb. Sədr qeyd edib ki, Cəmiyyət muxtar respublikanın Culfa rayonunun ərazisində yerləşən və perspektivli hesab edilən 2 yataq, 2 təzahür sahəsində müxtəlif mərhələlər üzrə kəşfiyyat və tədqiqat işləri aparır. Sözügedən yataq və təzahür sahələrinə “Ortakənd” qızıl, “Başkənd” mis-qızıl, “Paradaş” mis təzahür, eləcə də “Göydağ” mis-molibden təzahür sahələri daxildir. “Ortakənd” qızıl yatağında 2018-dən ildən etibarən mərhələli şəkildə buruqqazma, çoxprofilli geofiziki tədqiqat işləri yerinə yetirilib. Hazırda yatağın istismara hazırlığı prosesi çərçivəsində İlkin Texniki-İqtisadi hesablama parametrləri üzrə araşdırmalar davam etdirilir. Texniki-İqtisadi Əsaslandırmanın daha sonrakı mərhələlərində yatağın mövcud resurslarının həcmi və tətbiq ediləcək texnoloji metodologiya müəyyən ediləcək. Əlavə edilib ki, indiki mərhələdə nəticələr çox ümidvericidir.

Z.İbrahimov həmçinin ənənəvi olaraq nəzərdə tutulan fəaliyyətin ətraf mühitə, insan sağlamlığına təsirinin kompleks ekoloji, sosial-iqtisadi qiymətləndirilməsinin qanunvericiliyin tələblərinə uyğun qaydada beynəlxalq norma və standartlar əsasında aparılacağını vurğulayıb. O, bildirib ki, “Ortakənd” qızıl yatağının qarşıdakı illərdə, digər yataqların növbəti illərdə istismara verilməsi, hər bir yataq üzrə təqribən 500 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bununla da yeni mədənlərin işə salınması ilə Muxtar Respublikada məşğulluğun artırılmasına ciddi töhfə verilməsi planlaşdırılır.

İdarə Heyətinin sədri 2023-cü ilin avqust ayından etibarən Naxçıvanda ilk dəfə olaraq innovativ kəşfiyyat metodlarından sayılan qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişlərinin həyata keçiriləcəyini qeyd edib. Beləliklə, Naxçıvan MR-in şimal-şərq hisəssini əhatə edən 2,566 km² sahədə məsafədən peyk üsulu ilə hiperspektral zondlama tipli tədqiqatların aparılmasına başlanılacaq və tədqiqatlar nəticəsində perspektivli lokal sahələr müəyyən olunacaq.

Z.İbrahimov Cəmiyyətin korporativ sosial məsuliyyət missiyasına uyğun olaraq digər hasilat sahələrinə qonşuluqda yerləşən şəhər, qəsəbə və kəndlərdə icra edilən ənənəvi sosialyönümlü proqramların Naxçıvanda da həyata keçiriləcəyini qeyd edib. Hazırda sözügedən regionda yerləşən yataqlarda aparılan fəaliyyətin geoloji kəşfiyyat və tədqiqat mərhələsində olmasına baxmayaraq, regionun spesifik xüsusiyyətləri, yerli icmaların ehtiyac meyarları nəzərə alınmaqla sosial dəstək layihələrinin hazırlanaraq icra ediləcəyini qeyd edib. Z.İbrahimov yeni yataqların istismara verilməsi ilə ölkə iqtisadiyyatına, xüsusilə də Naxçıvanın sosial-iqtisadi inkişafına, məşğulluq səviyyəsinin artırılması, həmçinin əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına böyük töhfə verəcəyinə əmin olduğunu diqqətə çatdırıb.

F.Nəcəfli “AzerGold”un səmərəli fəaliyyətində uğurlar arzu edib, əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün zəruri addımların atılacağını, dövlət şirkətinin muxtar respublikada fəaliyyətinin təşkilinə aidiyyəti üzrə hərtərəfli dəstək göstəriləcəyini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Paylaş

Xəbər lenti

Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48 Təhsildən praktikaya, icradan auditə Bu gün, 12:48 Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR