
"2027-ci ilə qədər Almaniyanın Ukraynaya yardımı 17 milyard avroya çatacaq".
"AVESTA.AZ" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
“ABŞ-dan sonra Ukraynaya ən çox dəstək verən ölkə Almaniyadır", - Şolts bildirib.
Onun sözlərinə görə, Rusiyanın təcavüzkar müharibəsi bütün Avropanı çox narahat edir.
Bundan əvvəl Almaniya Müdafiə Nazirliyi Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb. Hərbi yardım paketinə 6 “Gepard” özüyeriyən zenit-raket kompleksi, 3 230 ədəd 155 mm-lik artilleriya mərmisi, IRIS-T SLM hava hücumundan müdafiə sistemi üçün 10 lazer təyinedicisi və eyni sayda atəşə nəzarət sistemi daxildir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.