15-07-2023, 11:45 545

Müasir Azərbaycan dövlətinin böyük bir tarixi dünyaşöhrətli siyasətçi, dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin Azərbaycan rəhbərliyinə gəldiyi 15 iyul 1969-cu ildən başlayaraq ölkəmiz tərəqqi yoluna qədəm qoyub, iqtisadi, siyasi, sosial, mədəni və mənəvi sahələrdə böyük irəliləyişlərə nail olub.

Xalq və dövlət həyatının bütün istiqamətlərində mühüm addımlar atılmış, milli özünüdərk prosesi vüsət alaraq daha geniş mənalar kəsb etmiş, azərbaycançılıq ideyası məhz bu prosesin tərkib hissəsi kimi dahi rəhbərin siyasi fəaliyyətinin əsasına çevrilmişdir. Heydər Əliyev bütün sahələrdə olduğu kimi milli ordu quruculuğunda da yeni mərhələnin təməlini qoyub.

Müdafiə Nazirliyindən “AVESTA.AZ”a verilən məlumata görə, bu fikirlər Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən “Azərbaycan Ordusu Heydər Əliyev zəkasının işığında” adlı tədbirdə səsləndirilib.

Müdafiə Nazirliyinin rəsmiləri, xüsusi təyinatlı təhsil müəssisələrinin, Bakı Qarnizonundakı qoşun növləri və hərbi hissələrin nümayəndələri əvvəlcə “Heydər Əliyev muzey-lektoriyası”nda Ulu Öndərin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

Öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış qüdrətli şəxsiyyət Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi ənənəvi olaraq bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin moderatoru Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqadüçüsü polkovnik Abdulla Qurbani böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan unudulmaz Heydər Əliyevin ordu quruculuğundakı müstəsna xidmətlərindən, xalqımızın şanlı döyüş ənənələrinin, hərbi şöhrət tarixinin öyrənilməsi, tədqiqi, həmçinin gənclərlə hərbi vətənpərvərlik işinin təşkili, onların orduya hazırlanması, hərbi peşələrə yiyələnməsi istiqamətində qəbul etdiyi qərarlardan danışıb.
Nəzərə çatdırılıb ki, Heydər Əliyev 1971-ci ildə böyük uzaqgörənliklə indiki Cəmşid Naxçıvanski adına hərbi liseyi yaradıb. O vaxtlar bu, nəzəriyyə deyil, Azərbaycanın gələcəyinə, nə vaxtsa müstəqilliyini bərpa edəcəyinə böyük baxış idi. Sovet sisteminin o zamankı tələbləri ilə uyğunlaşmayan belə bir təşəbbüsü göstərmək, reallaşdırmaq böyük qətiyyət, cəsarət tələb edirdi. Ulu Öndər bu təşəbbüsün sonralar yarada biləcəyi siyasi problemləri çox gözəl bilməsinə baxmayaraq, öz ideyalarından bir addım da olsun geri çəkilmir, Moskvanın qadağalarına, təhdidlərinə, dəfələrlə respublikamıza yoxlama komissiyaları göndərməsinə baxmayaraq hərbi liseyin təşəkkülü üzərində möhkəm dayanır və istəyinə nail olur. Bu hərbi lisey Heydər Əliyevin Azərbaycanın hərb tarixində yaratdığı ən monumental abidələrdən biridir.

Hərbi liseyin yetirməsi, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Elşad Əbilov xalqımızın haqlı olaraq “Heydər Əliyev məktəbi” adlandırdığı indiki hərbi liseyin, eləcə də onun Naxçıvan filialının bazasında yaradılan Heydər Əliyev adına hərbi liseyin yetirmələrinin Qarabağ uğrunda döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışıb. Onlardan 19 nəfərinin “Vətən Müharibəsi Qəhrəmanı”, 11 nəfərinin “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldüyünü, 20-dən çox məzunun ali hərbi rütbələrə yüksəldiyini, bu liseydən pərvazlanan yüzlərlə zabitin döyüş orden və medalları ilə təltif olunduğunu diqqətə çatdırıb.

Polkovnik E.Əbilov qeyd edib ki, bu gün də “Heydər Əliyev məktəbi”nin məzunları işğaldan azad edilən tarixi torpaqlarımızda xidmətlərini uğurla davam etdirir, düşmən təxribatlarının qarşısını mərdliklə, qətiyyətlə alır və Azərbaycan uğrunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmrlərinə hər an hazırdırlar.

Milli Müdafiə Universitetinin professoru, tarix elmləri doktoru ehtiyatda olan polkovnik Mehman Süleymanov müasir Azərbaycan Ordusunun yaranmasında, formalaşmasında, mütəşəkkil qüvvəyə çevrilməsində Heydər Əliyevin müstəsna xidmətlərinin elmi şəkildə izahını verib, Ulu Öndərin mənalı ömür yolunun və zəngin irsinin bu gün də ali hərbi məktəblərimizdə dərindən öyrənildiyini vurğulayıb.

Azərbaycan xalqının və dövlətinin gələcəyi naminə Ümummilli Liderin hələ yarım əsr öncə çoxlarına bəlli olmayan fəaliyyətindən bəhs edən M.Süleymanov elmi araşdırmalar zamanı arxivlərdən üzə çıxardığı nadir sənədlərlə buna aydınlıq gətirib, tədbir iştirakçılarının suallarını cavablandırıb.
Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov Ulu Öndərlə görüşlərini xatırlayıb, 9 may 1994-cü ildə indiki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin ərazisində görkəmli sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsinin açılış mərasimində Heydər Əliyevin kursantlar qarşısında tarixi çıxışını yada salıb. Hələ o vaxt Ulu Öndər demişdir ki, hər bir kursant Vətənini Həzi Aslanov kimi sevməli, hərbi peşəni Həzi Aslanov kimi mənimsəməlidir.

Polkovnik N.Mövlanov Ulu Öndərin arzularının həyata keçdiyini, Azərbaycan Ordusunda bu gün yüzlərlə, minlərlə Həzi Aslanov kimi vətənpərvər oğulların olduğunu qürurla qeyd edib.

Polkovnik Fərman Mustafayev, ehtiyatda olan polkovnik Əhməd Məmmədov, polkovnik-leytenantlar Cahangir Qurbanov, Firavan Şərfalıyev, ədliyyə kapitanı Rüstəm Əliyev və başqaları çıxış edərək Vətənimizin təhlükəsizliyinin qarantı olan Azərbaycan Ordusunun Heydər Əliyev zəkasının işığında daha da gücləndiyini, qüdrətləndiyini, maddi-texniki bazasının möhkəmləndiyini, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qalib bir orduya çevrildiyini nəzərə çatdırıblar.

Tədbirdə Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin hazırladığı “Azərbaycan Ordusu Heydər Əliyev zəkasının işığında” filmi nümayiş etdirilib.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri müasir Azərbaycan Ordusunun memarı Heydər Əliyevin sevdiyi və Ulu Öndərə həsr olunmuş musiqi əsərlərindən nümunələr ifa ediblər.

Paylaş

Xəbər lenti

Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib Bu gün, 00:48 Şəhid zabitin həyat yoldaşı: "Dedim ki, səndən başqa heç kimim yoxdur" Bu gün, 00:48 Fransada etiraz aksiyaları zamanı qarşıdurmalar baş verib Bu gün, 00:48 Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür Bu gün, 00:48 Sudan ordusu Çevik Hərəkət Qüvvələrinin onlarla döyüşçüsünün öldürüldüyünü açıqlayıb Dünən, 23:48 Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar" Dünən, 23:48 Qurban Qurbanov: "Yeni futbolçuların uyğunlaşması üçün vaxt lazımdır" Dünən, 23:48 Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb Dünən, 23:48 Azərbaycanda quş əti və yumurta istehsalı kəskin artıb Dünən, 22:48 İranın XİN başçısı: Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-dən asılıdır Dünən, 22:48 Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb Dünən, 22:48 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü Dünən, 21:48 "Qarabağ"dan dramatik qurtuluş: "Neftçi" qələbəni əldən verdi Dünən, 21:48 İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir Dünən, 21:48 Anthropic: Süni intellekt ABŞ iqtisadiyyatını 2030-cu ilədək 44 trilyon dollara çatdıra bilər Dünən, 21:48 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb Dünən, 21:48 Qərbi Azərbaycan həqiqətləri: Ağudi kəndinin tarixi və demoqrafiyası Dünən, 20:48 Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır Dünən, 20:48 "Qarabağ"ın işi çətinləşdi: "Neftçi" hesabı artırdı Dünən, 20:48 700 mindən çox vətəndaşın maaşı arta bilər: Minimum əməkhaqqı ilə bağlı gözlənti Dünən, 20:48 Mustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb Dünən, 20:48 Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb Dünən, 19:48 Gəncədəki raket hücumunun dəhşətli izləri: "Bir gecənin içində beş şəhidimiz oldu" Dünən, 19:48 Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib Dünən, 19:48 "Neftçi" "Qarabağ"la oyunda yenidən önə keçdi Dünən, 19:48 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundular Dünən, 18:48 "Azərişıq"dan yanlışlıq - Məlumat lövhəsində səhv Dünən, 18:48 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib Dünən, 18:48 Bərdə xəstəxanasında dəhşətli olay: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb Dünən, 18:48 Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb Dünən, 17:48 Bakıdakı "The World of Adrenaline" sirk şousunun proqramı açıqlandı Dünən, 17:48 Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər Dünən, 17:48 Allahverdi İsrafilov: "Əsas hədəf azərbaycanlı artistləri dünyada tanıtmaqdır" Dünən, 17:48 Tələbələri maraqlandıran məsələ: Təqaüdlər artırılacaq? Dünən, 17:48 Baba Vanqanın 2026-cı il noyabr proqnozu gündəm oldu: Bəşəriyyət yadplanetlilərlə qarşılaşacaq? Dünən, 16:48 Prezident Valeh Ələsgərovu təltif etdi Dünən, 16:48 Hadrutda Azərbaycanın ən yaxşı energetikləri müəyyənləşdi Dünən, 16:48 Bakıda "The World of Adrenaline" adlı yeni beynəlxalq sirk proqramı başlayır Dünən, 16:48 Şuşa döyüşünün iştirakçısı: Məktəbli qızın məktubda qalib gələcəyinizə inanırıq deməsi əlavə motivasiya idi – müsahibə Dünən, 15:48 Bakı metrosundan istifadə edən sərnişinlərin sayı bu qədər azaldı Dünən, 15:48 Moskva hava limanlarında 370-dən çox uçuş təxirə salındı Dünən, 15:48 Manuel Noyer zədə səbəbindən "Bavariya"nın növbəti matçını buraxacaq Dünən, 15:48 Ukrayna Silahlı Qüvvələrindəki xarici muzdluların sayı açıqlandı Dünən, 15:48 Emrahın keçmiş həyat yoldaşı: "Ayrılıq qərarını mən verdim" Dünən, 15:48 Bakıda keçirilən NATO təlimi başa çatıb Dünən, 14:48 Ölkədə bir ədədi 1300 manata satılan siqarlara maraq artır: Bəs kimlər alır? Dünən, 14:48 İbrahim Tatlısesin model gəlininin evini su basdı Dünən, 14:48 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR