19-07-2023, 13:44 611

Bakıda

Bakı şəhərinin mərkəzdən uzaq və ətraf ərazilərində, Abşeronda inşa edilən bəzi yeni tikili binalarda infrastrukturla bağlı çatışmazlıqlara rast gəlinir. Məsələn, binaya kifayət qədər yaxın məsafədə mağaza, bağça, məktəb kimi obyektlər yerləşmir yaxud nəqliyyat əlçatanlığı olmur.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “Report”a açıqlamasında mənzil alarkən bu kimi məsələlərə diqqət etməyin önəmindən danışıb:

Yaxınlıqdakı bina ilə aradakı məsafə nəzərə alınmalıdır

Onun sözlərinə görə, tikinti şirkəti hardasa bina tikməyi planlaşdırırsa və bunun üçün müvafiq instansiyalardan icazə alırsa, ilk növbədə həmin binada yaşayanların komfortunu və binanın hansı xüsusiyyətlərinin alıcıları cəlb etməsini düşünməlidir.

"Bir binanın tikilməsi ilk növbədə biznes layihədir. Həmin layihənin gəlirliliyi və tikinti şirkətinin qarşıya qoyduğu hədəfə nail olmaq yolları kompleks şəkildə müəyyən olunmalıdır. Binanı tikəndən sonra ordakı mənzillərə alıcıların marağının hansı istiqamətdə olacağı müəyyən edilməlidir. İlk növbədə binanın nəqliyyat əlçatanlığı olmalıdır. Yəni həmin binaya gediş-gəlişin rahatlığı, metroya yaxud əsas küçəyə yaxınlıq, binaya gələn yolda tıxacların olub-olmaması və binanın daha əvvəl tikilmiş digər binalarla məsafəsi nəzərə alınmalıdır. Tikinti qaydalarına uyğun olaraq digər binalarla arada müəyyən məsafə qoyulmalıdır. Bu məsafəni tikinti şirkəti öncədən müəyyən etməli və bu məsafədə bina tikməyin alıcıların komfortuna necə təsir edəcəyini nəzərə almalıdır".

V. Oruc hesab edir ki, eyni zamanda bağça, xəstəxana, məktəb, mağaza kimi obyektlərin həmin binanın ya yaxınlığında olması diqqətə alınmalıdır: "Elə binalar var ki, birbaşa birinci mərtəbələri qeyri-yaşayış sahəsidir və market üçün nəzərdə tutulub. Belə hallar əvvəlcədən müəyyən olunmalı və bu qeyd olunan biznes layihənin tərkib hissəsi kimi çıxış etməlidir. Bu nüanslar qiymətə də təsir göstərir. Bu gün vətəndaşlarımızın zövqü və tələbi müasir standartlara uyğun formalaşır. Odur ki, vətəndaş mənzili aldıqdan sonra hansısa ehtiyacını ödəmək üçün uzaq məsafədə yol qət etməklə barışmayacaq”.

İnfrastruktura görə qiymətlər fərqlənir

O bildirib ki, hansısa binada mənzil yüksək qiymətə təklif edilərsə, bu, əsaslandırılmalıdır:

“Hazırda Bakıda bir-birinə yaxın yerləşən elə binalar var ki, onlarda mənzillər fərqli qiymətə təklif edilir. Məsələn, bir binada mənzilin bir kvadrat metrinə görə qiyməti 2 min manat təşkil edirdisə, onun yaxınlığındakı digər binada 1 800 manatdır. O qədər də geniş imkanları olmayan alıcı kütləsi komfortu əsas götürməkdənsə, çox zaman həmin aşağı qiymətə olan mənzilə üz tutur. Bu da sonradan müəyyən problemlərlə nəticələnir. Ona görə də MTK-lar bina tikintisi zamanı kompleks yanaşma tətbiq etməlidir. Bu yanaşma binanın təkcə tikinti vaxtı yox, sonrakı dövrlərində də öz təsirini göstərir. MTK-ların bazara təklif etdiyi qiymətləri müqayisə etsək, görərik ki, infrastrukturun və yerləşmənin həmin qiymətlərə təsiri mühümdür".

V. Oruc vurğulayır ki, infrastrukturun qənaətbəxş olub-olmamasına görə binalar arasında 10-15 %-ə qədər qiymət fərqi olur: "Təbii ki, şəhər mərkəzindəki binalar istisnadır”.

Vətəndaş hansı problemlərlə qarşılaşacağını öncədən bilməlidir

Qiymətləndiricilər Cəmiyyətinin sədri hesab edir ki, mənzil almaq istəyənlər gələcəyə ümid bağlamaqdansa, binanın cari vəziyyətini qiymətləndirməlidir:

“Bakıda bəzi infrastruktur cəhətdən əlverişli olmayan yerlərdə mövcud tikililərin sökülməsi və onların yerində çoxmərtəbəli yeni binaların inşası planlaşdırılır. Vətəndaşlar da ümid edir ki, həmin ərazidəki köhnə tikililər sökülüb yeni binalarla əvəzlənəndən sonra orda infrastruktur da yaxşılaşacaq. Nəticədə bu ərazidən mənzillər alırlar. Amma bu, bir ehtimaldır. Təcrübədə görmüşük ki, planlaşdırılan bir çox məsələlər sonradan həm obyektiv, həm də subyektiv səbəblərdən gerçəkləşmir. Bu baxımdan mütəxəssis olaraq məsləhət görərdim ki, planlaşdırmadan daha çox mövcud vəziyyət qiymətləndirilsin və buna uyğun seçim edilsin".

Onun sözlərinə görə, hardansa, mənzil alarkən orda bir neçə ildən sonra infrastrukturun yaxşılaşacağını düşünmək daha çox biznes maraqlarına uyğun gəlir: "Məsələn, vətəndaş investisiya qoyur mənzillər alır və fikirləşir ki, beş-on ildən sonra həmin ərazi daha çox inkişaf edəcək, infrastruktur dəyişikliklərə məruz qalacaq. Bunu biznes-plan kimi təsəvvür etmək olar. Amma yaşayış məqsədilə mənzil alarkən məhz həmin andakı infrastrukturun vəziyyəti qiymətləndirilməlidir. Vətəndaş bu mənzili alarkən hansı problem və çətinliklərlə qarşılaşacağını öncədən bilməlidir”.

Təkcə ərazi yox, binanın tipi də nəzərə alınmalıdır

V. Oruc qeyd edir ki, hazırda ən sıx tikinti işlərinin aparıldığı ərazilərdən biri Nərimanov rayonudur: "Bu rayonda yanaşı binalar var. Onlarda hazırda tikinti işləri gedir. Onlardan biri sırf yataqxana tipində binadır. Yəni girişdən mərtəbələrin birinə daxil olursan, bir girişdə 8-10 mənzilə rast gəlirsən. Bunlar daha çox yataqxana tipində olan mənzillərdir. Bir də görürsən ki, onun yanındakı başqa bir binada bir girişdə 4-5 mənzilə rast gəlinir və giriş də yataqxana tipinə oxşamır. Bu, komfortun fərqidir.

Mərtəbədə az qonşunun olması komfort göstəricisidir. Bu binalardakı qiymətlər də fərqlənir. Həmin ərazidə iki bina arasındakı məsafə fərqi 300-500 metr ola bilər. Amma birində mayak səviyyəsində mənzilin bir kvadrat metrinin qiyməti 3 min manatdırsa, digərində 1 800-2 000 manatdır. Ona görə də infrastruktur məsələləri müzakirə edilərkən təkcə ərazi yox, həm də binanın tipi, əhalinin hansı təbəqəsi üçün nəzərdə tutulmasını nəzərə almaq çox önəmlidir. Binanın önündə marketin və ya digər vacib ehtiyacların ödənilməsi üçün, istirahət vaxtının təmin edilməsi üçün obyektlərin olub-olmaması da çox böyük önəm kəsb edir”.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR