19-07-2023, 13:43 528

İraq Kürdüstan Regionu başçısının səfəri - Azərbaycan-Türkiyə birliyinin daha bir nümunəsi - ŞƏRH

Azərbaycanla İraq arasında tarixi-mədəni, etnik və dini bağlar bu gün də qalır. İraqda baş verən bir sıra dəyişikliklər iki ölkə arasında münasibətlərin güclənməsini daha da aktuallaşdırıb. Bu ölkəni Azərbaycanla bağlayan əsas amillərdən biri də 34,7 milyonluq İraq əhalisinin (2013-cü ilin məlumatına əsasən) 3 milyonunu təşkil edən türkmanlardır. Kərkük, Mosul və başqa şəhərləri Azərbaycanda tanımayan az olar. Təbriz, Urmiya, Ərdəbil kimi bu şəhərlər də Azərbaycan üçün doğmadır.

İraqın şimalında Kürdüstan Regional hökumətinin yaranması ölkəyə münasibəti dəyişməyib. Türkiyənin bu yerli hökumətlə əlaqələri də rəsmi Bakının bölgə ilə əlaqələri genişləndirməsinə təkan verir.

İyulun 18-də İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Azərbaycana işgüzar səfər edib.

Prezident İlham Əliyevin Neçirvan Bərzani ilə təkbətək görüşü olub. Görüşdə İraq Kürdüstan Regionu ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması, birbaşa aviareyslərin açılması və digər məsələlərlə bağlı müzakirələr aparılıb. Həmçinin, Münxendə keçirilən görüşdən də bəhs edilib.

Qeyd edək ki, fevralın 18-də Almaniyanın Münxen şəhərində Azərbaycan Prezidenti İlham Əliyev İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşmüşdü. Onda Prezident Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin mövcudluğunu vurğulayaraq bu çərçivədə Azərbaycan, Türkiyə və İraqın Kürdüstan Regionu üçtərəfli əməkdaşlıq mexanizmlərinin perspektivdə nəzərdən keçirilə biləcəyini demişdi. Dövlət başçısı onda qeyd etmişdi ki, İraq Kürdüstan Regionu ilə iqtisadiyyat, ticarət sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial var: “Ona görə də biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, həmçinin, biznes şurası formasında müxtəlif təsisatların yaradılması məsələlərini nəzərdən keçirmək olar”.

Yeri gəlmişkən, Türkiyə ilə Region hökuməti arasında əməkdaşlıq 2002-ci ildən mövcuddur. Əvvəlki illərlə müqayisədə tərəflər arasında ticarət əlaqələrinin həcmi 900 faiz artıb. Türkiyə İraqa ixracatının 80 faizini Regiona edir. Habelə bölgədə istehlak olunan malların 80 faizi də Türkiyə istehsaldır. İraqın şimalındakı bu bölgədə on minlərlə Türkiyə vətəndaşı işləyir. Məlumatlara əsasən, Türkiyə iqtisadiyyatına əhəmiyyətli dərəcədə inteqrasiya olan bu əlaqələr bölgənin inkişafında faydalı olub.

İraqın şimalındakı regional hökumətin gündəlik hasil etdiyi 600 min barel neft ixracatının demək olar ki, hamısı Türkiyənin Ceyhan limanı ilə reallaşdırılır.
Bu kimi əlaqələr və əməkdaşlıq Azərbaycanla da Regional hökumət arasında münasibətlərin genişlənməsinə imkan verir. Onu da qeyd edək ki, Azərbaycan İraq Kürdüstan Regionunun mərkəzi şəhəri Ərbildə Baş Konsulluq açmaqda maraqlıdır. Bu, bölgəni Azərbaycana daha da yaxınlaşdıra bilər. Bölgəyə sərmayə qoyuluşuna, mədəni əlaqələrin genişlənməsinə yardım edər.

Azərbaycanın Türkiyə ilə xarici siyasət kursunda da birgə fəaliyyət göstərməsi yaxın perspektivdə İraqın şimalındakı regional hökumətlə əlaqələrin güclənəcəyi ehtimalını da artırır. Bu əlaqələr Türkiyə və Azərbaycanla İraq arasında əməkdaşlığın genişlənməsinə də təkan verər. Habelə, bu münasibətlər İraq Kürdüstan Regionunu Türkiyə və Azərbaycana qarşı qoymağa çalışan qüvvələrə də yerini göstərər. Çünki Azərbaycana və Türkiyəyə qarşı olanlar regional hökumətdən də vaxtaşırı olaraq istifadə etməyə çalışırlar.

Bu kimi əlaqələr və əməkdaşlığın həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda sülhə, təhlükəsizliyə, əmin-amanlığa xidmət edəcəyi də istisna deyil.
Türkiyə-Azərbaycan birliyi ilə əməkdaşlıq da indiki şəraitdə və gələcəkdə regional hökumətin inkişafına töhfə verə bilər.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR