19-07-2023, 18:18 516

30 illik zülmün 1 illik rifahı - Ağalı sakinləri danışır

“Burada yaradılan hər bir şərait olduqca gözəldir. Evimiz, işimiz var, normal yaşamağımız üçün lazım olan hər cür şərait yaradılıb”.

Bu fikirləri işğaldan azad olunan Zəngilan rayonunun Ağalı kənd sakini Səbinə Əliyeva "Report"un Qarabağ bürosuna müsahibəsində deyib.

2022-ci il iyulun 19-dan başlayaraq Qarabağa qayıdış proqramı çərçivəsində dörd mərhələdə 41 ailənin təxminən 200 üzvü Ağalı kəndinə köçürülüb. Səbinə Əliyeva da ötən ilin 19 iyul tarixində kəndə ilk qayıdan sakinlərdən biridir.

O bildirib ki, artıq bir ildir öz doğma kəndində yaşayır: “Düşünəndə ki, 30 il düşmənin xaraba qoyduğu bir yerdə qısa müddətdə bu qədər gözəl şərait yaradılıb, adamın inanmağı gəlmir. Olduqca qürur duyuruq, nə yaxşı ki, belə bir dövlətdə yaşayırıq və dünyanı heyrətə salan bir xalqın nümayəndəsiyik".

Sakinin sözlərinə görə, kənddə yaradılan şərait və yaşam şərtləri insanların kənardan asılılığını tamamilə azaldıb.

"Burada yaradılan hər bir şərait olduqca gözəldir. Evimiz, işimiz var, normal yaşamağımız üçün lazım olan hər cür şərait yaradılıb. Bütün tələbatlarımız yüksək səviyyədə təmin edilir. Özümüz də müxtəlif təsərrüfat işləri ilə gündəlik tələbatlarımızı ödəməyə çalışırıq. Şükür ki, bu gün kənardan nəsə alıb gətirmirik", - deyə S.Əliyeva bildirib.

Həmsöhbətimiz onu da vurğulayıb ki, ailədə 5 nəfərdirlər. Ağalıya köçəndən sonra ailə üzvləri işlə təmin edilib, iki ailə üzvünə isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanı yaradılıb: “Biz hər zaman öz torpaqlarımıza qayıtmağı səbirsizliklə gözləyirdik. Torpaqlarımız azad ediləndə çox sevindik. 30 il az müddət deyil. Aradan illər keçsə də, biz kəndimizə qayıtmaq arzusu ilə yaşayırdıq. Ata-baba ocaqlarımızın bərpa olunması, burada yaşayacağımız günü həsrətlə gözləyirdik. Mən buradan bütün keçmiş köçkün soydaşlarıma səslənirəm ki, doğma yurdumuza dönüş etsinlər. Torpağımızı dirçəltmək bizim vətəndaşlıq borcumuzdur".

Məmmədov Qədir Oruc oğlu da ötən il iyulun 19-da Ağalıya köçənlərdəndir. O, “Report”un Qarabağ bürosuna deyib ki, Ağalıya qayıdışlarından bir il ötsə də, bu müddət onda bir ay təəssüratı yaradıb: “Elə bil ki, bir il yox, bir ay öncə gəlmişik. Bir il ərzində burada çox dəyişikliklər olub. Kəndimizdə yaşam şərtlərini hər gün inkişaf etdirməyə çalırıq".
Q.Məmmədov vurğulayıb ki, sakinlər kəndin təmizliyinə də xüsusi diqqət yetirilər.

"Ağalı sakinləri 30 il bu yerlərin həsrəti ilə yaşayıblar. Böyük qayıdışın ilk mərhələsində köçmək bizi nümunəvi olmağa da sövq edir. Siz kəndi gəzin, bir yerdə bir dənə tullantı görə bilməzsiniz. Biz bu nümunəni davam etdirmək niyyətindəyik. Ötüb keçən bu 1 il bizə 30 illik həsrətimizi, vətənsiz yaşamaq zillətimizi az da olsa, unutdurub", - Sakin qeyd edib.

O əlavə edib ki, burda yaşayıb yaratmaqla yanaşı, keçmişi unutmamalı, başımıza gələn müsibətləri gələcək nəsillərə izah etməliyik: “Qoy, hər kəs, gələcəyimiz olan körpələrimiz dünənki acımızı, bugünkü zəfərimizi, gələcək inkişafımızı görsün və bütün dünyaya örnək olmağa davam etsinlər. Biz xoşbəxt nəsilik ki, bu gün bu uğurlarımızı görürük”.

Qeyd edək ki, bu gün Zəngilan rayonunun Ağalı kəndinə əhalinin qayıdışından bir il ötür.

30 ilə yaxın həsrət içində yaşayan insanlar məhz ötən ilin bu günü öz doğma yurdlarına qayıdaraq burada rahat yaşamağa başlayıb.

Prezident İlham Əliyevin göstərişi əsasında işğaldan azad olunmuş ərazilərdə birinci pilot layihə Zəngilan rayonun Ağalı kəndində icra edilib.

Yenidən qurulan Ağalı kəndində küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, günəş panellərinin quraşdırılması kimi müasir şəhərsalma standartları tətbiq edilib. Həmçinin, kəndin dayanıqlı enerji ilə təmin edilməsi üçün Həkəri çayı üzərində Arximed turbini tipli Su Elektrik Stansiyası inşa edilib. Üç ədəd generatorun quraşdırıldığı stansiya Ağalı kəndinin elektrik enerjisinə tələbatını tam təmin etmək gücünə malikdir.

Kənddə dövlət xidmətlərinə əlçatanlığı təmin etmək və insanların rifahının yaxşılaşdırılması məqsədilə “ASAN”, “DOST”, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Aqrar İnkişaf Mərkəzinin xidmətləri, həmçinin məktəb, bağça, tibb məntəqəsi, ictimai iaşə obyektlər və s. mövcuddur.

Bu günə kimi Zəngilan rayonunun Ağalı kəndinə 86 ailədən ibarət 420 nəfər köçürülüb. Hazırda kənd ərazisində tikilmiş evlərin təmir işlər davam edir və təmir işləri başa çatdıqdan sonra ailələrin növbəti köçü həyata keçiriləcək.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR