
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” sonuncu yoxlama görüşünü keçirib.
"Report"un məlumatına görə, "qırmızı-qaralar" Şimali Makedoniya təmsilçisi “Qostivar”la qarşılaşıb.
Matç Azərbaycan təmsilçisinin 3:1 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını Əyyub Allaş və Osama Xalayla (2) vurub.
Qeyd edək ki, buna qədər Boluda iki yoxlama oyunu keçirən “Qəbələ” “Sukleya”ya (Moldova) 4:2 hesabı ilə qalib gəlib, “Orenburq”la (Rusiya) 1:1 hesablı heç-heçə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.