
Oğuzda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.
"AVESTA.AZ"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Kərimli-Oğuz-Şəki avtomobil yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Chevrolet Cruze" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində nəqliyyat vasitəsində olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.