19-07-2023, 22:21 520

Qurban Qurbanov:

“Böyükhesablı qələbə olsa da, rəqib mübarizədən əl çəkmirdi".

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Cəbəllütariq klubu “Linkoln”a 4:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis maraqlı mübarizə alındığını söyləyib: “Futbolçularımı təbrik edirəm. Onlar sona kimi çox güc sərf etdilər. Yaxşı qalibiyyət oldu. Belə atmosfer yaratdıqları üçün azarkeşlərə təşəkkür etmək istəyirəm".

O, müdafiəçi Kevin Medinanın start heyətində yer almamasının başqa komandaya keçməsi ilə əlaqədar olmadığını söyləyib: “Medina ilə ciddi maraqlanırlar. Amma o, hələlik bizimlədi. Bu gün əsas heyətdə oynamaması da sırf bununla bağlı deyildi”.

Baş məşqçi növbəti raunddakı rəqib “Rakuv”un fərqli üsluba malik olduğunu vurğulayıb: “Hər bir komandanın bizə qarşı yaşatdığı çətinliklər var. Hər klub fərqli oyun sistemində çıxış edir. “Linkoln”u məğlub etmək heç də asan olmadı. “Rakuv”a qarşı dəyişiklik olmalıdır. Onlar fərqli oyun sistemində çıxış edirlər, bərk komandadır. “Rakuv” ciddi rəqibdir. Polşa futbolundan tam fərqli oyun fəlsəfələrinə malikdirlər. Onları yaxından tanımaq üçün 5-6 gün vaxtımız olacaq. Başda mən olmaqla, bu oyuna yaxşı hazırlıq keçəcəyik”.

Qurbanov yarımmüdafiəçi Yassin Benziyanın hələ optimal formada olmadığını sözlərinə əlavə edib: “Benziyanın ustalığına heç vaxt şübhəm olmayıb. Sadəcə, uzun müddət kənarda qaldığı üçün idman formasından uzaqlaşmışdı. Bizə gəldikdən sonra da iki dəfə zədələnmişdi. Bu gün də 90 dəqiqə meydanda saxlamadıq. Çünki hazır deyil. Daha 3-4 belə oyun keçirsə, əsl Benziyanı görəcəyik. Bu gün tam razı deyil. Onu tələsmədən yaxşı səviyyəyə gətirməyə çalışırıq”.

Təcrübəli mütəxəssis müdafiəçi Bəhlil Mustafazadənin bu görüşdə hücuma daha çox atıldığını bildirib: “Standart vəziyyətlərdən sonra hücumda görünür və düzgün mövqe seçə bilir. Bu da onun üstünlüyüdür. Hücuma daha çox getməsini deməmişdim. Amma hücumların başlamasında rol oynamasını tapşırmışdıq”.

Qurbanov ən böyük arzusunun “Qarabağ”ı ildən-ilə irəli aparmaq olduğunu vurğulayıb: “Bu komandanın həmişə mübariz kollektiv olmasını istəmişəm. Azərbaycan futbolunda bu klubun adı tam fərqlənir. Mənim bir istəyim, məsuliyyətim olub - nə qədər güc sərf etmək lazımdırsa, onu da edəcəyəm ki, komandanın uğurları olsun. Hər il bir pillə irəli getmək arzumuzdur. Nə dərəcədə nail olduğumuzu oyunlarda görürsünüz”.

Baş məşqçinin azarkeşlərdən istəyi futbolçulara qarşı pozitiv reaksiyalar göstərmələridir: “Çox istərdim ki, fanatlar oyunçulara qarşı həmişə pozitiv olsunlar. Futbolçular normal insandır, böyük yükün altına girirlər. Milyonlar onlardan böyük uğurlar gözləyirlər. Onlar bacardıqlarından artığını etməyə çalışırlar. İşgüzar, özlərinə qarşı tələbkardırlar. Azarkeşlər təkcə “Qarabağ”a yox, azərbaycanlı futbolçulara qarşı pozitiv reaksiya göstərmələrini istəyirəm. Fanatın şəxsi düşüncəsi, istəyi olur. Belə hallar futbolu daha da gözəlləşdirir. Bəzi komandalara bu, müsbət təsir göstərir”.

Qurban Qurbanov hücumun mərkəzində problem yaşamadıqlarını düşünür: “Dünya futbolunda çox az klubda mərkəz hücumçusuna rast gələ bilərik. İndi futbol tam fərqlidir. Bəzi klublara mərkəz hücumçusu lazım olmur. Bu gün Redon Cicanı orada istifadə edirik. Juninyonu almışıq, Keyta da həmin mövqedə çıxış edə bilər. Mərkəz hücumçusu ilə bağlı sıxıntı yaşamırıq. Ön xətdəki oyunçulardan razıyam”.

“Qarabağ”ın baş məşqçisi transfer çalışmalarını davam etdirdiklərini sözlərinə əlavə edib: “Transfer bazarı işimizin ən vacib hissələrindən biridir. Daim yeni oyunçular axtarırıq. Hər bir məşqçi öz düşüncəsinə uyğun futbolçu axtarır. Bəzən hansısa transferin reallaşması üçün illər gözləməli olursan. Hazırda da transfer işlərimiz davam edir. Bir neçə futbolçu ilə danışıqlar gedir. Bu, müdafiə, yarımmüdafiə və hücum xəttinə ola bilər. Onları uzun müddətdir izləyirik. Bəzən düşünmədiyin anda transfer alınmır. 20-25 gün əvvəl başımıza belə hal gəldi. Futbolçunun biletini də almışdıq, səhər Bakıda olmalı idi. Amma sonda keçid baş tutmadı. Bəzən bizdən asılı olmayan məqamlar yaşanır. Transfer ola da bilər, olmaya da”.

O, 2023/2024 mövsümündə Premyer Liqanın daha maraqlı alınacağını vurğulayıb: “İddialı komandalarımız çoxalıb. Düşünürəm ki, gələn mövsüm çempionatımızda mübarizə daha maraqlı olacaq”.

Qeyd edək ki, “Qarabağ” ilk oyunda səfərdə 2:1 hesablı qələbə qazanıb. Azərbaycan çempionu II raundda Polşa təmsilçisi “Rakuv”la qarşılaşacaq.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR