
Hindistanın Maharaştra ştatında baş verən torpaq sürüşməsi nəticəsində azı 5 nəfər ölüb, 30-dan çox sakin dağıntılar altında qalıb.
"AVESTA.AZ" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli NDTV telekanalı məlumat yayıb.
Dağıntılar altından 75 nəfərin xilas edildiyi bildirilir.
Xilasetmə əməliyyatına Mumbaydan, eləcə də ştatın digər şəhərlərindən əlavə qüvvələr cəlb edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.