
Türkiyənin məşhur aktrisası Ezgi Mola bir diş pastası reklamında kamera qarşısında keçdiyi kişinin altı ildir onu təqib və təhdid etməsi iddiası ilə prokurorluğa şikayət edib.
Avesta.az xəbər verir ki, Molanın iddiasına görə, 2016-cı ildə teatrda onu izləməyə gələn Kamal Kahraman özünü təqdim edib və aktrisaya çiçək verib.
K.Kahraman o gündən sonra Ezgi Molanın bütün tamaşalarına gəlməyə başlayıb.
Bir gün yenidən aktrisa ilə rastlaşan Kahraman, "Bir şey danışmaq istəyirəm", - deyib. Ezgi Mola, “Mən səni tanımıram. Məndən nə istəyirsən? Niyə həmişə məni izləyirsən?", - deyə qışqırıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.