21-07-2023, 14:53 1375

Dünyanın yeni bəlası islamofobiya - Qərbin əziyyət çəkdiyi neofaşizm - ŞƏRH

İslama 5 qitədə - Avropa, Asiya, Amerika, Afrika və Avstraliyada inananlar var. Bu, dünya dinidir və 1400 ildir ki, mövcuddur. Başqa təkallahlı dinlər kimi ona qarşı çıxanlar da olub, bu gün də var. İndi də müxtəlif səviyyədə İslam dinini təftiş və tədqiq edirlər. Bütün neqativ hallar və hadisələr isə ona inananların sayını azaltmır, əksinə, onun coğrafiyası genişlənməkdə davam edir.

Müasir dövrdə özlərini demokratiya, ədalət və vicdan azadlığının keşikçisi rolunda aparanların vaxtilə qul alveri, işğalçılıq siyasəti bu dinin yayılmasının başlıca səbəblərindən biridir. Məsələn, orta əsrlərdə yoxsul afrikalılar Amerikaya və ya Avropaya necə gedə bilərdilər? Təbii ki, qul alveri afrikalılar üçün bu qitələrə yol açdı. Elə asiyalı müsəlmanlar da oxşar hadisə və Qərbin işğalı nəticəsində öz yurdlarından didərgin düşdü. Başqa sözlə, İslam dininə inananlar həmin torpaqlara məcburi miqrasiya ediblər. Heç şübhəsiz, ərəblərin istilası, Osmanlının yürüşləri nəticəsində də mühacirətlər baş verib.

Bu gün daha çox ABŞ-da, Hindistanda, Myanmada, Mərkəzi Afrika Respublikasında, Avropa ölkələrində, o cümlədən, İsveçdə, Fransada ksenofobiya və islamofobiya halları artıb.

2004-cü ildə BMT “İslamofobiyaya qarşı mübarizə” konfransı keçirib. Avropa İttifaqı və qitədəki başqa beynəlxalq qurumlar bu halı daim pisləsə də, bu anti-humanist hərəkat davam edib, indi də artmaqda və genişlənməkdədir. 2001-ci il sentyabrın 11-də ABŞ-da göydələnlər partladıldıqdan sonra islamofobiya gücləndi, İslam adı altında olan təşkilatlar Qərb bloku düşməni elan edildi. Bu, Qərbin yeni ölkələrə hərbi müdaxiləsinə şərait yaratdı. Örnək olaraq, İraq və Suriyada əməliyyatların keçirilməsini xatırlatmaq yetərlidir.

Bundan başqa, Böyük Britaniyada məktəblinin müsəlmanlara qarşı çıxışına görə həbs edilməsi faktı da qeydə alınıb. Britaniyanın müsəlmanlar və islamofobiya işləri üzrə komissiyası krallıqda müsəlmanların hakimiyyət nümayəndələri tərəfindən diskriminasiyaya məruz qaldıqlarını təsdiqləyib. Danimarkada başıörtülü qadının ailəsi ilə birlikdə beysbol ağacı ilə hücuma məruz qalması hadisəsi də məlumdur. Hesabatlara əsasən, müsəlmanlar Avropa əmək bazarında, yaşayış yerlərində, təhsil müəssisələrində diskriminasiyaya məruz qalırlar.

2004-cü ildə Amerika-İslam münasibətləri Şurası təşkilatı ABŞ mətbuatında islamofobiyaya qarşı kampaniyaya başlamışdı. Ancaq bu, mövsümi oldu.

Qərb ölkələrində antislam hadisələrinə qarşı dövlət səviyyəsində mübarizə aparılsa da, ksenofobiyanın qarşısını almaq hələ də mümkün olmayıb. Mərkəzi Afrika Respublikalarında (MAR), Hindistanda, Myanmada isə islamofoboya siyasəti, təəssüf ki, dövlət səviyyəsində aparılır. Qərbin orta əsrlərdə və müasir dövrdə apardığı siyasət nəticəsində müsəlmanların bu qitəyə miqrasiyasının qarşısını alınması məqsədi ilə bəzi faşistyönlü hərəkatlar da yaradılır. Onlardan biri PEGİDA-dadır (“Qərbin İslamlaşdırılmasına qarşı Avropa Vətənsevərləri”, almanca “Patriotische Europäer gegen die Islamisierung des Abendlandes”). İnsanlığa qarşı bu hərəkat 2014-cü ilin dekabrında Almaniyanın Drezden şəhərində yaradılıb. Bu hərəkat “Avropanın islamlaşmasına” və Almaniya hakimiyyətinin immiqrasiya siyasətinə qarşı çıxış edir, aksiyalar keçirir. 2021-ci il mayın 7-də Almaniyanın Saksoniya bölgəsi konstitusiyanın müdafiə qurumu bu hərəkatı ekstremist təşkilat olaraq tanıyıb.

Fransada da İslam dininin daşıyıcılarına qarşı aksiyalar davamlı olaraq keçirilir. Bu ölkədə vicdan azadlığı ciddi təhlükə ilə üz-üzədir.

Son zamanlar İsveçdə Qurani-Kərim kitabının, bu ölkənin İraqın Bağdad şəhərindəki səfirliyinin yandırılması, səfirin “persona non-grata” elan edilməsi kimi heç də xoş olmayan hadisələr baş verib.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı islamofobiya hallarına toxunub: “Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması və təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır və bu, pislənilməlidir”.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu hadisələri həmin toplantıda belə dəyərləndirib: “İslamofobiya Avropada epidemiyaya çevrilib”.

Dünyada, o cümlədən, İsveç, Almaniya, Fransa, Hindistan, Myanma, MAR-da islamofobiya əsasında neofaşizm baş qaldırıb. Bu, İslamı düşmən elan edənlərin apardığı yanlış siyasətlərin nəticəsidir. Elə son 30 ildə Qərb ölkələrinə müsəlmanların immiqrasiyası da onların, Çin və Rusiyanın Yaxın və Orta Şərqdə, eləcə də Afrikadakı hərbi əməliyyatlarının törəməsidir. Belə silahlı müdaxilələr insanları yurdlarını tərk etməyə vadar edir. Avropadakı ekstremist və faşist təşkilatlar da mühacirət etdikləri üçün onları təzyiqlərə məruz qoyurlar. Beləliklə, müsəlmanların mühacirətini və islamofobiyanı doğuran səbəblər eyni mənbəyin siyasətinin acı nəticəsidir. Ehtimal etmək olar ki, bundan ən çox əziyyəti isə elə faşizmdən qurtula bilməyən Qərb çəkəcək.

Paylaş

Xəbər lenti

Bir telekanalın yayımı dayandırıldı Bu gün, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Bu gün, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Bu gün, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Bu gün, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Bu gün, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Bu gün, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Bu gün, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Bu gün, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR