22-07-2023, 11:22 345

Fransa böhran vəziyyətində: Makron nazirləri niyə dəyişir? - ŞƏRH

Fransanı bürüyən etirazlar, daxili və xarici siyasətdə yaşanan uğursuzluqlar Prezident Emmanuel Makronu və onun hökumətini çıxılmaz duruma salıb. Parisin müstəmləkələrində gərginlik pik həddə çatıb, insanlar artıq əvvəlki qaydada idarə olunmaq, hüquqlarının pozulması ilə barışmaq istəmirlər. Çox güman ki, Makron da bu təhlükələri görərək hökumətdə dəyişikliklər aparmağa məcbur olub.

Beləliklə, Fransa rəhbəri iyulun 20-də yeni nazirlərin siyahısını təqdim edib və bəlli olub ki, bir sıra əhəmiyyətli fiqurlar öz postlarını itirib. Baş nazir Elizabet Born isə vəzifəsini qoruyub saxlamağa müvəffəq olub. Halbuki, fransızların çoxu onun fəaliyyətindən ciddi şəkildə narazıdır. Prezident bununla da fransızların hökumət başçısının istefası barədə rəylərini qulaqardına vurmuş olub.

“Elabe” Tədqiqat Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələrinə görə, respondentlərin 55 faizi E.Bornun fəaliyyətindən narazıdır və onun istefa verməsini zəruri sayırlar. Fransızlar Baş naziri dövlət başçısı E.Makronun pensiya yaşının artırılması barədə təşəbbüsünün müəllifi hesab edirlər. Prezident narazılıqlara baxmayaraq, onun bütün əmr və tapşırıqlarını sözsüz yerinə yetirən bu şəxsi vəzifədə saxlamağa qərar verib. Fransalı şərhçilər hesab edirlər ki, E.Born Baş nazir postunda çox qala bilməyəcək, hətta media onun kürsüsünü “katapulta kreslosu” adlandırıb.

Müxalifət çoxdandır ki, hökumət başçısının istefasını tələb etsə də, E.Makron siyasi opponentlərinin təzyiqləri qarşısında geri çəkilməyib. Lakin məsələ ondadır ki, yaxın perspektivdə hələ ki, onun ciddi bir alternativ namizədi yoxdur. Yelisey sarayında yeni nazirləri qarşısında çıxışında E.Makron tətillərdən sonra onları çətin günlər gözlədiyini bildirib. Bu “çətinliklərin” nədən ibarət olacağına isə aydınlıq gətirməyib. Çox güman ki, prezident daxili siyasətdə sərt addımlar atacağına işarə edib. E.Makron ən mühüm məsələlər sırasında parlamentlə mübarizəni, daha dəqiqi miqrasiya haqqında qanunu görür. Bura yeni qalmaqallar, etiraz aksiyalarının artması, etimadsızlıq da daxildir. Bunlar isə Baş nazirin və hətta hökumətin istefasına gətirib çıxara bilər. Çox güman ki, E.Markon Baş naziri o səbəbdən də postunda saxlayıb ki, sonda onu qurban versin.

Cinsi azlıq nazir kürsüsündə

Əvvəldən anons edilmişdi ki, Fransa Prezidentinin tapşırıqlarına qeyd-şərtsiz əməl edən daxili işlər naziri Jerald Darmanen, xarici işlər naziri Katrin Kolonna, iqtisadiyyat naziri Bryuno le Mer və müdafiə naziri Sebastyen Lekornyu öz postunda qalacaq. Elə belə də olub. Ədliyyə naziri Erik Dyüpon-Moreti və mədəniyyət naziri Əbdül-Malak da kürsüsünü qoruyub. Vəzifələrini itirənlər isə sosial məsələlər, mənzil və şəhər məsələləri üzrə nazirlərdir. Baş nazirin administrasiyasının keçmiş rəhbəri səhiyyə naziri təyin olunub. O, bu postda Fransua Bronu əvəzləyib. E.Makron bir vaxtlar yaxın ətrafına daxil olan Pap Ndiayeni qurban verib. Atası seneqallı, anası fransız olan bu şəxs postuna qədər Paris Miqrasiya Muzeyinə rəhbərlik edib. Onunla bağlı maraqlı məqamlar üzə çıxıb. Bir çoxları hesab edirdi ki, Ndiaye Fransada dəyişikliklərin simvoluna çevriləcək. Kolonial tarix, Avropa və Amerikanın Afrikadakı borcları ilə bağlı tədqiqatları olan afrofransız məktəblərdə yeni qaydalar qoymalı idi. Hədəf də o idi ki, fransızlar miqrantların uşaqları ilə bir partada oturub təhsil alacaqlar. Lakin nazir kimi çalışdığı bir il ərzində heç bir dəyişiklik baş vermədi. Əksinə, son hadisə - əlcəzairli miqrantın polis tərəfindən güllələnməsi gərginliyi pik həddə çatdırıb. Məktəblilər isə bu etiraz aksiyalarında əsas qüvvəyə çevrildi.

Nazir də bununla bağlı gedən polemikalarda jurnalistləri ittiham edərək onları sağyönümlü olmaqda ittiham edib. Onun yerini isə Makronun yaxın dostlarından hesab olunan Qabriel Attal tutub. Əvvəlki hökumətdə maliyyə naziri olan 34 yaşlı nazir milyonçu İva Attalın oğludur. Cinsi azlıq olduğunu gizlətməyən bu şəxs qarşısında hökumətin yerinə yetirməsi mümkün olmayan missiyası durur - gənclərin məktəb və dövlətə inamını qaytarmaq.

"Playboy”un üz qabığında görünən nazir də postunu itirib

Sosial iqtisadiyyat və ictimai təşkilatlar üzrə dövlət katibi Marlen Şyappa da vəzifəsindən gedib. Bu xanım son altı ildə Fransada qadınların siyasətdə simvolu hesab edilib. O, yazıçı, feministdir, dövlət katibi olub və bir neçə nazirlikdə çalışıb, amma insanları Baş nazirdən çox özü haqqında danışmağa vadar edib. Amma üç dəfə yaşadığı biabırçılıq onun siyasi karyerasını məhv edib. Hər üçündə də korrupsiya qalmaqalları üzə çıxıb. Yaratdığı fondlardan birinin korrupsiya qalmaqalında adı hallanıb. Digər bir qalmaqal isə "Playboy" jurnalının üz qabığında görünməsi olub. Buna görə də Baş nazir tərəfindən tənqidlərə tuş gəlib. Bundan əlavə, verdiyi "açıq-saçıq" müsahibədə qadın və kişi münasibətləri ilə bağlı qalmaqallı fikirləri ilə məşhurlaşıb.

“Franceinfo”ya görə, Şyappanın sayəsində üç saat ərzində “Playboy”un 10 min nömrəsi satılıb.

Beləliklə, E.Makron ümid edir ki, yeni nazirləri onu başının üstünü alan qara buludlardan xilas edəcək. Ola bilsin ki, bu dəyişikliklər bir müddət üçün ona yararlı olsun. Ancaq bu müvəqqəti haldır. Makronun və bütövlükdə Fransanın xilası zərərli xarici və daxili siyasətdən əl çəkməkdən keçir. Əks təqdirdə, bu və digər dəyişikliklər onu nəinki xilas edəcək, əksinə, gərginliyi daha da artıracaq. Beynəlxalq ekspertlər də bu qənaətdədir ki, Fransanın böhran vəziyyətindən çıxmasının tək yolu proseslərə düzgün qiymət vermək, xarici siyasətdə qərəzli və ikili yanaşmaya son qoymaqdır. Makron da bu həqiqəti başa düşsə, yaxşı olardı.

Paylaş

Xəbər lenti

PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR