
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.
DİM Naxçıvan Regional Bölməsinin müdiri Sabir Məmmədovun "AVESTA.AZ"un yerli bürosuna verdiyi məlumata görə, imtahanlar saat 10:00-da başlanıb.
Naxçıvan şəhərindəki 5 və 14 nömrəli tam orta məktəblərdə təşkil olunan imtahanlar 40 zalda keçiriləcək.
İmtahanların keçirilməsinə 6 imtahan rəhbəri və 48 nəzarətçi cəlb olunub, 496 abituriyent iştirak edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.