
Ukraynada NATO-nun 155 millimetr çaplı mərmi istehsalının yaradılması üzrə işlər aparılır.
"Report" Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Ali Radanın (parlament) deputatı Yeqor Çernev ümumkrayna telemarafonunun efirində deyib.
Onun sözlərinə görə, proqrama 2022-ci ildə start verilib və o vaxtdan hasilatda artım müşahidə olunur.
Çernev qeyd edib ki, istehsalla təkcə Ukrayna deyil, özəl podratçılar da məşğul olur. Çernevin sözlərinə görə, ölkədə istehsal olunan mərmi digər dövlətlərdə alınandan 3 dəfə ucuzdur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.