
İyulun 25-də saat 3 radələrində Quba rayonu Mahmudqışlaq kəndində evlərin birində 1999-cu il təvəllüdlü Güliyeva Rəvanə Vasif qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1997-ci təvəllüdlü Güliyev Elşad Akif oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.