25-07-2023, 17:58 519

“Qaçaqmalçı BQXK-nin məqsədi vəziyyəti süni surətdə gərginləşdirməkdir” - RƏY

“Qaçaqmalçı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) məqsədi vəziyyəti süni surətdə gərginləşdirməkdir”.

Bu barədə “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, BQXK-yə beynəlxalq hüquqla 1949-cu il Cenevrə Konvensiyası, onun 1977-ci il Protokolu və 2005-ci il Əlavə Protokollarının iştirakçısı olan dövlətlər silahlı münaqişələrin qurbanlarını qorumaq üçün mandat verib: “Təsisat Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir və nə 30 illik münaqişə dövründə, nə də postmüharibə reallığında BQXK-nin Azərbaycana münasibətdə ciddi və səmərəli fəaliyyətinə şahid olmamışıq. Əksinə, müharibə və postmünaqişə dövründə bu strukturun əməkdaşlarının hərbi əməliyyat bölgələrində kəşfiyyat xarakterli məlumatları Ermənistana ötürməsi ilə bağlı ciddi və əsaslandırılmış şübhələr var. Eyni zamanda Vətən müharibəsi dövründə erməni yaraqlılarına humanitar missiya adı altında dəstək verilməsinə dair də faktlar mövcuddur. Dövlət Sərhəd Xidmətinin sərhəd-nəzarət tədbirləri çərçivəsində Laçın sərhəd-buraxılış məntəqəsində BQXK-nin daha bir qanunsuzluğunun, qaçaqmalçılıq fəaliyyətinin iştirakçısı olması faktını ortaya çıxarması isə təşkilatın Ermənistandan separatçılara silah-sursat daşınması ehtimallarını meydana çıxardı. Yəni BQXK son 30 il ərzində Ermənistanla vahid tərəf kimi çıxış edib və təəssüf ki, hazırda da eyni siyasət rəhbər tutulmaqdadır”.

Bəhruz Məhərrəmov
Bəhruz Məhərrəmov

B.Məhərrəmov bildirib ki, bu gün BQXK bəyanat yayaraq Qarabağda humanitar fəlakət anonsu verir və dolayısı yolla "böhran"a səbəb kimi Laçın sərhəd-buraxılış məntəqəsini göstərir: "Bu, təşkilatın Azərbaycana münasibətdə açıq təxribat və düşmənçilik fəaliyyətidir. Əgər BQXK-ni humanitar vəziyyət maraqlandırırsa, nəyə görə Xankəndi-Ağdam yolundan istifadə etmək istəmir? İkincisi, BQXK erməni sakinlərin Azərbaycanın aidiyyəti strukturları ilə birbaşa təmaslarına niyə mane olur? Bütün bunlar göstərir ki, əslində qaçaqmalçı BQXK-nin məqsədi vəziyyəti süni surətdə gərginləşdirməkdir. Azərbaycan beynəlxalq hüququ rəhbər tutaraq öz ərazisində sərhəd-buraxılış məntəqəsi yaradıb, BQXK da Azərbaycanla imzaladığı 1996-cı il Sazişinin 9-cu maddəsinin 13-cü bəndi ilə borcludur ki, "Azərbaycan Respublikasının qanun və qərarlarına onların dövlətin ərazisində qüvvəyə mindiyi vaxtdan hörmət etsin". Bu gün BQXK-nin qarşısında çoxsaylı vəzifələri mövcuddur, fəaliyyətini həmin vəzifələrə yönəltsin”.

Milli Məclisin üzvü vurğulayıb ki, BQXK Azərbaycana Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi ilə bağlı araşdırmalarını təqdim etməlidir: “Hansı ki, onlarda bununla bağlı 90-cı illərdə müəyyən data baza olub. Yalnız bir fakt üzrə 54 Azərbaycan hərbçisi BQXK vasitəsilə ailələri ilə əlaqə saxlayıb, lakin sonrakı dövrdə onların taleyi məchul qalıb. Onların hamısının işgəncələr nəticəsində məhv edilməsi ehtimalları yüksəkdir. Bu, açıq müharibə cinayətləridir və 1949-cu il Cenevrə Konvensiyası, onun 1977-ci il Protokolları və 2005-ci il Əlavə Protokolları icazə verirmi ki, BQXK susmaqla Ermənistanın cinayət ortağına çevrilsin? BQXK bu gün təxribatçı davranışlara, qaçaqmalçılığa, xırda alverə son qoyaraq beynəlxalq sənədlərlə üzərinə götürdüyü öhdəliklərə fokuslanmalıdır”.

B.Məhərrəmov söyləyib ki, BQXK Qarabağın erməni sakinlərini humanitar məqsədlərlə 330 kilometr uzaqlıqda yerləşən İrəvana getməyə təşviq etməkdənsə, cəmi 70-75 km-lik məsafədəki müasir şəhərlər olan Bərdəyə, Tərtərə, 150 km məsafədəki Gəncəyə istiqamətləndirməlidir: “Niyə belə bir təşəbbüs yoxdur, çünki BQXK qarşılıqlı etimadın yaranmasından narahatdır. Bu mənada BQXK-nin bölgədə səmərəsindən çox ziyanı olan fəaliyyətini təhlil etməli, lazım gələrsə, təsisatla Azərbaycan arasındakı 1996-cı il Sazişinin 12-ci maddəsinə əsaslanaraq, 1961-ci il Vyana Müqaviləsinin 9-cu bəndi ilə nəzərdə tutulan prosedurlara baş vurmalıyıq”.

Paylaş

Xəbər lenti

Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR