25-07-2023, 22:08 1069

Qərblə Rusiya arasında qalan İrəvan: Qarabağ ermənilərinə silah yox, çörək lazımdır - ŞƏRH

Avropa İttifaqının Qarabağdakı ermənilərə humanitar yüklərin daşınması üçün əlavə yol təşəbbüsü görünür ki, Rusiyada qısqanclıqla qarşılanıb. Bundan əlavə, yola Azərbaycanın nəzarət etməsi Xankəndidə yaşayan ermənilərin sayı və vəziyyəti barədə reallığı ortaya qoyacağını göstərir.

"Report" xəbər verir ki, ukraynalı siyasi və iqtisadi şərhçi Svetlana Kuşnir "Senzor.net" bloqunda yazır ki, Qarabağda sülhməramlıların nəzarət zonasında öz mövcudluqlarını saxlayan erməni silahlıları hərəkətə keçərək, humanitar marşrutu bağlayıblar.

Görünən odur ki, silah təchizatının davam etməsi üçün Rusiya və qanunsuz hərbi qruplar Qarabağın erməni əhalisini ac qoymağa da hazırdırlar.

Kuşnir qeyd edir ki, Vladimir Putin Donbas, Cənubi Osetiya və Dnestryanı ssenarilərinə oxşar olaraq Ermənistan-Azərbaycan münaqişəsini dondurmağa, Cənubi Qafqaz və Şərqi Avropada hərbi mövcudluğunu saxlamağa çalışır.

"Ermənistan və Azərbaycan arasında danışıqlar prosesində vasitəçi olan Aİ və ABŞ isə Cənubi Qafqazda sülh sazişinin tərəfdarıdır, lakin bu Rusiyaya sərf etmir, çünki bu, Putini regionda mövqelərindən məhrum edəcək və İrəvanın son olaraq Qərbə istiqamətlənməsinə töhfə verəcək", - şərhçi vurğulayıb.

Şərhçinin məqaləsi Rumıniya, Bolqarıstan, Latviya, Ukrayna və Gürcüstanın nüfuzlu nəşrlərində dərc olunub. Rumıniyanın digi24.ro, Bolqarıstanın sofiaglobe.com, Latviyanın la.lv, Ukraynanın censor.net, ukranews.com, novosti.politeka.net, kp.ua, Gürcüstanın primetime.ge, newshub.ge portallarında Kurşinin şərhi yer alıb.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən sonuncu görüşdə müzakirə edilən məsələlər sırasında Xankəndiyə Ağdam vasitəsilə humanitar yardımların çatdırılması olub. Azərbaycan tərəfi növbəti dəfə Qarabağdakı erməni sakinlərə qarşı humanizm nümayiş etdirib, onlara hərtərəfli dəstək verməyə hazır olduğunu ortaya qoyub. İndi isə bu təşəbbüsə qarşı ən kəskin reaksiyaların şahidi oluruq. Bu məsələdə yenə də Rusiya öz maraqlarından çıxış edərək sülhməramlıların xeyir-duası ilə Xankəndidə separatçı qüvvələrin etiraz aksiyalarına şərait yaradır.

Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının təchizatının da məhz Ağdam-Xankəndi yolu ilə təmin edilməsi paralel olaraq təklif olunur. Lakin Brüssel görüşündən sonra erməni tərəfi ruslarla birlikdə Azərbaycan tərəfinin təqdim etdiyi və ən optimal variant hesab edilən bu yolla Qarabağın erməni sakinlərinə humanitar yardımların çatdırılmasına qarşı çıxırlar. Yeri gəlmişkən, rəsmi Bakının təklif etdiyi Ağdamdan Xankəndiyə yol ən yüksək beynəlxalq standartlara cavab verən yoldur. Qısa və rahat yolla avtomobillərin sürətli hərəkəti təmin olunub. Bu yol üzərində müasir infrastruktur vasitələri mövcuddur. Yəni ermənilərin bununla bağlı hər hansı bir bəhanəsi ola bilməz.

Təəssüf doğuran hal ondan ibarətdir ki, Moskva və İrəvan bu məsələdə bir mövqedən çıxış edirlər. Həmin yolla həm Qarabağın erməni sakinlərinin, həm də Rusiya sülhməramlılarının təminat və təchizatı həyata keçiriləcək. Bu isə Xankəndidə əslində nə qədər erməninin yaşadığını ortaya çıxaracaq. Erməni və rus tərəfinə isə bu, birmənalı şəkildə sərf etmir.

Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin may ayında verdiyi üçtərəfli bəyanata əsasən, əgər 2025-ci ilin mayında tərəflərdən heç biri sülhməramlıların Qarabağdan çıxarılmasını tələb etməsə, o zaman onların ölkədə qalma müddəti daha 5 il uzadılacaq.

Moskvadan fərqli olaraq, Avropa İttifaqı Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdır. Belə ki, Aİ Rusiyadan yan keçməklə, regional nəqliyyat marşrutları, xüsusən də Zəngəzur dəhlizi vasitəsilə Çinə birbaşa tranzit daşıyacaq. Bu, həm də Azərbaycana Aİ-nin enerji tərəfdaşı olmağa imkan verəcək və Avropada Rusiya yanacağının itkisini kompensasiya edəcək.

Paylaş

Xəbər lenti

Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR