
"Rəqibin özünəməxsus oyun fəlsəfəsi var".
"Report"un məlumatına görə, bunu Kipr "Omoniya"sının baş məşqçisi Sofronis Avqusti Qəbələdə eyniadlı komandaya qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis bildirib ki, "qırmızı-qaralar" həm müdafiədə, həm də hücumda təşkilatlanmış komandadır: "Bəzi aparıcı oyunçuları getsə də, heyətində kifayət qədər yaxşı futbolçular var. Onlara qarşı diqqətli olmalıyıq".
Qeyd edək ki, iyulun 27-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.