
Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı qanunvericilik bazası təkmilləşdirilir və aidiyyəti qurumlarla razılaşdırma prosesi gedir.
"AVESTA.AZ" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.
DSMF sədri bildirib ki, bu sahədə investisiyalar uzunmüddətli hesablandığından bu məsələ həssas mövzudur: "Ona görə də bu sahədə müvafiq bazada tənzimlənmə aparılmalıdır. Qanunvericilik bazası təkmilləşdirilir və aidiyyəti qurumlarla razılaşdırma prosesi gedir. Yekunda müvafiq sənədlər Milli Məclisə göndəriləcək".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.