
Daşkəsəndə iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Bayan kənd sakinləri, 1965-ci il təvəllüdlü İ.Quliyev və onun qızı 1997-ci il təvəllüdlü A.Quliyeva bıçaqlanıb.
Onlar bədənin kəsilmiş deşilmiş yaraları ilə xəstəxanaya yerləşdiriliblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Röyal Allahverdiyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.