
Amerikalı sahibkar İlon Mask Ukrayna hərbçilərinin Krım bölgəsində “Starlink” peyk rabitə şəbəkəsini işə salmaq tələbini rədd edib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə ın redaksiya məqaləsində qeyd olunub.
“Starlink” çox vaxt münaqişə zonalarında internetə daxil olmağın yeganə yoludur. Şəbəkə Ukraynada dronların zərbələrini koordinasiya etmək və kəşfiyyat məlumatlarını toplamaq üçün istifadə olunur. Vəziyyətlə tanış şəxslər İlon Maskın münaqişə zamanı “Starlink”ə girişi bir neçə dəfə məhdudlaşdırdığını qeyd edirlər. O, Ukrayna hərbçilərinin Krım yaxınlığında şəbəkəni işə salmaq tələbini rədd edib”, - yazıda qeyd olunub.
Məqalədə Ukrayna Silahlı Qüvvələrinin müraciətinin dəqiq nə vaxt rədd edildiyi göstərilmir.
Qəzet onu da xatırladır ki, 2022-ci ildə Mask “Rusiyanın maraqlarına uyğun görünən” sülh planını tirajlamışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.