30-07-2023, 18:15 1631

Türkiyənin İstanbul şəhərində “Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə” Türkiyə Forumu keçirilib.

"Report" xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən keçirilən forum Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) İstanbul ofisində baş tutub.

Forumda Qərbi Azərbaycandan soydaşlarımızın sürgünü, onların öz dədə-baba yurdlarına dönüşünün təşkili və bunun beynəlxalq səviyyədə təmin edilməsi kimi məsələlər müzakirə olunub.

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin “Böyük Qayıdış” siyasəti çərçivəsində işğaldan azad edilən torpaqların canlandırılması, orada həyatın yenidən inşa edilməsi işlərinin uğurlu bir şəkildə davam etdiyini vurğulayıb:

“700 mindən çox soydaşımız XX əsrdə öz ata yurdlarından Sovet Rusiyasının təlimatları ilə zorla deportasiya olunmuşdur. Bu köç siyasət işgəncə və qətliamlarla müşayiət edilmiş, deportasiya olunmuş soydaşlarımızın bir çoxu gəldikləri bölgələrin iqlim şərtlərinə dözməyərək həyatlarını itirmişlər. Bütün bunları nəzərə aldıqda bu gün Qərbi Azərbaycandan sürgün edilmiş azərbaycanlıların qayıdışını təmin etmənin önəmini anlayırıq. Buna görə də yürüdülən siyasəti dəstəkləməklə yanaşı, hər birimiz onun bir hissəsi olmaq istəyirik. Elə bugünkü forumun təşkil olunmasında məqsədimiz də budur”.

Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli Azərbaycan diasporunun qarşısında yeni vəzifənin durduğunu bildirib:

“30 il boyunca biz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırarkən Qarabağ ilə məhdudlaşırdıq. Ancaq indi yeni Qərbi Azərbaycan səhifəsi açılır. Yüz illər boyu Azərbaycanın önəmli məkanlarından olan İrəvan xanlığı, açıq şəkildə desək, bu gün erməni işğalı altındadır. Artıq Qərbi azərbaycanlılar öz torpaqlarına qayıtmaq istəyirlər”.

Azərbaycanın İstanbuldakı konsulu Zaur Allahverdi-zadə Zəngəzurun Ermənistana verilməsindən sonra Azərbaycanın Türkiyə və bütün türk dünyası ilə quru əlaqəsinin məqsədli şəkildə kəsildiyini və bunun türk dünyasının coğrafi baxımdan parçalanması üçün atılan addım olduğunu söyləyib:

“Bu gün Qərbi Azərbaycan İcması fəaliyyət göstərir. İcma Qərbi Azərbaycanda olan soydaşlarımızın haqlarının bərpa edilməsi, onların deportasiyasından məsul olan şəxslərin məhkəmə qarşısına çıxarılması üçün çoxtərəfli fəaliyyətini davam etdirir. Qərbi Azərbaycandan olan soydaşlarımız ora dönəcəkləri günü səbirsizliklə gözləyirlər. Onların öz ata yurdlarına dönmə haqlarının təmin edilməsi hər hansı dövlətə qarşı torpaq iddiası anlamına gəlmir. Çünki Qərbi azərbaycanlıların ata yurdlarına qayıdışları beynəlxalq anlaşmalarla təsbit edilib”.

YTB-nin İstanbul ofisinin koordinatoru Əmrə Oruc, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) İdarə Heyətinin sədr müavini Pərviz Məmmədzadə, TRT İdarə Heyətinin üzvü Hilal Kaplan, TİMBİR-in sədr müavini Adil Koçalan, Türkiyənin iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) Gənclər Təşkilatının xarici əlaqələr üzrə sədri Mustafa Kanyılmaz və Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili də çıxışlarında insan hüquqları çərçivəsində yurdlarından didərgin salınmış azərbaycanlıların evlərinə qayıdışının təmin olunmasının önəmindən bəhs ediblər.

Çıxışlardan sonra Qərbi Azərbaycan həqiqətlərindən və Ermənistanın buradakı azərbaycanlı izlərini yox etməsindən bəhs edən sənədli filmin nümayişi baş tutub.

Müxtəlif çıxışlardan sonra akademik panel müzakirəsi təşkil olunub.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR