
Çexiyanın Maliyyə Təhlili Departamenti rusiyalı milyarder Vladimir Yevtuşenkovun şirkətlərinin hesablarını bloklayıb və onun Karlovı Varıdakı beşulduzlu “Savoy Westend” otelinin üzərinə həbs qoyub.
“Report” xəbər verir ki, bu barədə CT24 telekanalı məlumat yayıb.
Qeyd olunub ki, bu yolla Çexiyanın iş adamına qarşı iyunun sonunda tətbiq etdiyi sanksiya tədbirləri fəaliyyətə başlayıb.
Çexiya hökuməti Yevtuşenkovun 100 milyon çex kronu (təxminən 4,59 milyon ABŞ dolları - Red) məbləğində əmlakına həbs qoyub. Telekanalın məlumatına görə, iş adamının Karlovı Varıdakı ümumi əmlakı 500 milyon çex kronu (təxminən 23 milyon ABŞ dolları - Qeyd) dəyərində qiymətləndirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.