31-07-2023, 18:11 524

Ermənistanla sərhəddə terror dəhlizinin açılmasına imkan verilməyəcək - RƏY

Beynəlxalq Ədalət Məhkəməsi və Avropa İnsan Haqları Məhkəməsinin Laçın yolu ilə bağlı qərarından sonra Ermənistanın Laçın yolundan beynəlxalq təzyiq vasitəsi ilə istifadə etmək təşəbbüsü ağılsızlıq kimi görünür. Ancaq Ermənistan bu ağılsızlıqda israrlıdır. Hətta Ermənistanın nümunəsində belə, bir ölkənin beynəlxalq humanitar təşkilatın patronajlığı altında digər ölkənin legitim sərhədlərini pozmaq israrının əsas səbəbi tam aydın deyil.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövlətinin addımları, ölkə Prezidentinin daxili və xarici auditoriyalarda verdiyi mesajlar onu əminliklə söyləməyə əsas verir ki, Ermənistanla sərhəddə hər hansı bir terror dəhlizinin açılmasına imkan verilməyəcək. Rəsmi İrəvan üçün çıxış yolu gələcəyi Azərbaycanla uzlaşdırmaqdan keçir və bu işin uğuru isə Bakının burada formalaşdırdığı şərtləri tez və qeyri-şərtsiz qəbul etməkdən birbaşa asılıdır.

Son günlər Ermənistan mediası və ekspertlərinin Azərbaycan-Ermənistan sərhədində, Laçın yolu ətrafında Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birgə ortalığa atılan avantüranın ətrafında müzakirələr maraqlı məqamları ortaya çıxardı.

Müzakirələrdə təşəbbüsün sifarişçisi və əsas israr edən tərəf kimi dünyadakı erməni lobbisi çıxış edir.

Qarabağda “etirazların” dəstəklənməsi üçün erməni lobbisi bütün dünyada “dilən-dolan” mexanizmini işə salaraq maliyyə toplayır. Keçən ilin payızından Azərbaycan Laçın yolu və Ermənistanla sərhəddə üç dolama yolun şəffaflığını təmin etdikdən sonra bölgədən qeyri-qanuni daşınmalar və talanmış resursların Qarabağdan çıxarılması mümkünsüz olub. Bölgədən və bölgəyə qeyri-qanuni daşınmaların həyata keçirilməsi üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında xüsusi təyinatlı “Humanitar dəstək” əməliyyatına ehtiyac yaranıb.

Regionda şübhəli daşınmalar həyata keçirməklə “ad-san” qazanmış “Spayka” şirkətinin "TIR"ları ilə artıq 10 aydır ki, Qarabağdan çıxara bilmədikləri yükləri çıxarmaq üçün “xüsusi təyinatlı əməliyyat” həyata keçirməyə cəhd edirlər. Beynəlxalq Qırmızı Xaç Komitəsinin “Humanitar dəstək” əməliyyatının təşkilatçıları separatçıların Qarabağda taladığı resursları, ən əsası Ruben Vardanyanın “ekokəndlər layihəsinin” izlərini evakuasiya etmək üçün Qarabağa girməyə çalışırlar. Xüsusi təyinatlı “Humanitar əməliyyatın iştirakçısı olan "TIR"ların məxsus olduğu “Spayka” şirkəti və bu şirkətin kimə bağlılığı haqqında internetdə bir neçə təzadlı məlumatlar var. Məsələn, şirkət haqqında açıq mənbələrdəki ilkin məlumatlarda “Spayka”-nın Koçaryan ailəsinə məxsus olması haqqında geniş və tutarlı məlumatlar yer alıb.

Açıq mənbələrdə 2015-ci ildən sonrakı məlumatların bir qismi şirkətin Sarkisyanın kürəkəninə məxsus olması, son üç ildə paylaşılan məlumatlarda isə Paşınyanın qaynına yaxın biznes dairələrə məxsus olması haqqında məlumatlar var. Məlumatlarda şirkətin Ermənistanda istehsal olunan meyvə-tərəvəzin xaricə daşınması üzrə ixtisaslaşması qeyd edilib.

“Spayka” müxtəlif vaxtlarda Ermənistanda dövlət səviyyəsində keçirilən tədbirlərin sponsoru qismində çıxış edib, dövlət sifarişli daşınmaları həyata keçirib. Açıq mənbələrdən əldə olunan məlumatlarda meyvə-tərəvəz daşınmaları üzrə ixtisaslaşmış şirkətin dəfələrlə Gürcüstan sərhədlərinə silah və maye halında narkotikin tranziti faktına görə saxlanılması haqqında məlumatlar var.

Xatırladım ki, “Spayka” "TIR"ları 44 günlük müharibə günlərində Gürcüstan-Ermənistan sərhədində silah tranzitinə görə saxlanılması haqqında məlumat və sübutlar bizim mediada da geniş tirajlanıb. 44 günlük müharibədən sonra isə yük maşınlarının soyuducularında erməni əsgərlərinin cəsədlərinin daşınması və saxlanılması faktları həm erməni mediasında, həm də Azərbaycan mətbuatında geniş tiranlanıb.

Ruben Vardanyanın Qarabağdakı fəaliyyəti haqqında silsilə araşdırmaların müəllifi kimi qeyd edim ki, onun “ekokəndlər” layihələrində başqa tərəfdaşları da var. Onlardan biri də Yaxın Şərqdə silah alverçisi, livanəsilli Kanada vətəndaşı Nubar Afoyandır.

Xatırladım ki, “Wikileaks”in 2008-ci il Ermənistana aid məxfi sızmalarında Robert Koçaryanın prezidentliyi müddətində İrandakı şiə qruplaşmaları kanalı ilə Yaxın Şərqdə silah satması haqqında məlumatlar tirajlamışdı. “Wikileaks”də Koçaryanın Yaxın Şərqdə silah alverində digər tərəfdaş kimi livanəsilli kanadalı milyarder Nubar Afoyanın adı çəkilir. Afoyan Yaxın Şərqdə silah alverindən əldə etdiyi qanlı maliyyənin hesabına Kanadada geniş media və biznes şəbəkəsi qurub. Kanada parlamentinə seçkilərdə bütün dünyada erməni lobbi şəbəkəsinin işləmə mexanizmləri hərəkətə keçir, Afoyana məxsus media şəbəkələr aktiv təbliğat aparır, seçki kampaniyalarına isə geniş maliyyə axıdılır və s.

Afoyanın quraşdırdığı media infrastrukturlarında Kanada siyasətçiləri və hətta baş naziri Castin Trudo haqqında tənqidi məlumatlar gedir. Afoyan bir neçə dəfə baş nazir Castin Trudonun xarici siyasətini açıq tənqid etməkdən belə çəkinməyib. Tənqidlərin xronologiyası haqqında kiçik araşdırma maraqlı məqamları ortaya çıxarır. Bu media şəbəkəsinin Kanada xarici siyasəti barədə ən çox tənqidi isə 44 günlük Vətən müharibəsi ərəfəsinə təsadüf edir. Afoyan sistemli tənqidlərdən sonra baş nazir Castin Trudo ilə onlayn görüş və birgə müzakirə imkanı əldə edir. Əslində, bu üsul hədəfli informasiya təxribatı kimi köhnə üsuldur və ermənilər də hədəfli informasiya təxribatından aktiv istifadə edən şəbəkədir. Odur ki, iyul ayında qəfil, regiona heç bir ayidiyyəti olmadığı halda Kanadanın Avropa İttifaqının missiyasına qoşulmasının səbəbini də burada axtarmaq lazımdır.

Bu missiyanın sifarişçisi də, sponsoru da əldə etdiyi qanlı maliyyənin hesabına Kanadada geniş media, biznes şəbəkəsi qurmuş Nubar Afoyandır. Odur ki, hər üç köhnə işbaz Azərbaycanla Ermənistan sərhədində xüsusi təyinatlı əməliyyatla Qarabağdan 15 "TIR" ilə hansısa vacib yükü çıxarmaq üçün səfərbər olunub.

Yeganə Hacıyeva

Paylaş

Xəbər lenti

Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR