
Rusiyanın Qara dənizdəki taxıl blokadasını ilk dəfə İsrail mülki gəmisi yarıb.
“Report” Ukrayna KİV-nə istinadən xəbər verir ki, Rusiyanın təhdidlərinə baxmayaraq, “Ams1” gəmisi Dunay çayının Ukrayna qoluna daxil olub.
Bu, iyulun 25-də Reninin bombalanmasından sonra Rusiyanın dəniz blokadasını aşan ilk gəmidir.
Səfərinə Aşdoddan (İsrail) başlayaraq o, açıq şəkildə təyinat yeri - Ukraynanı göstərib və birbaşa marşrutla Qara dənizi keçib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.