
Müttəfiqlərin Ukranaya göstərdiyi yardım silahlı münaqişə olmasaydı, kifayət edərdi.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Globo” televiziyasına bildirib.
Dövlət başçısının sözlərinə görə, döyüşlər davam etdikcə, heç bir yardım yetə bilməz:
“Yetərincə yardım varmı? Müharibə bitsəydi, bu kifayət edərdi. Nə qədər ki müharibə var, heç nə yetə bilməz. Bu, nəyinsə çatışmadığını göstərir. Yardım da müxtəlif olur. Bu, təkcə silah deyil”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.