
“Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları qanlı olacaq və uzun çəkəcək”.
“AVESTA.AZ” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü general Patrik Rayder deyib.
O, ABŞ-ın lazım olduğu qədər Ukraynanı dəstəkləyəcəyini bildirib.
P.Rayderin sözlərinə görə, Vaşinqton Ukraynanın əks-hücum əməliyyatlarını diqqətlə izləməyə davam edir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
Xatırladaq ki, Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatlarına start verib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.