2-08-2023, 17:59 932

Murad Musayev: “Bir səhv hər şeyi məhv edə bilər”

“İlk matçdakı qələbə hələ heç nə demək deyil. Bir səhv hər şeyi məhv edə bilər. Kifayət qədər diqqətli oynamalıyıq”.

“Report”un məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Bakıda Latviyanın RFŞ komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis rəqibin zəif olmadığını bildirib: “RFŞ güclü komandadır. Təkcə bu il yaxşı oynamırlar. Ötən mövsüm qruplarda çıxış ediblər. Fikrimcə, Latviyanın ən güclü komandasıdır. Sabah klubumuzun tarixində əlamətdar gündür. Evdə ilk avrokubok matçına çıxacağıq. Bu uğura getmək üçün uzun yol qət etdik. Bizi çətin oyun gözləyir”.

O, III raunddakı potensial rəqib olan Serbiya “Partizan”ı barədə düşünmədiklərini söyləyib: “Zarafat edirsiniz? Nə “Partizan? İlk hədəfimiz RFŞ-i keçməkdir. Sonrakı məqsədlər haqqında düşünmürük. “Partizan”ı ümumiyyətlə fikirləşmirik. Bunu rəhbərliklə də müzakirə etməmişik. Sadəcə, rəqibin güclü tərəflərini zərərsizləşdirib öz oyunumuzu göstərmək istəyirik. Əsas məqsədimiz ilk oyunda etdiyimiz səhvlərdən nəticə çıxarmaqdır”.

Musayev RFŞ-in ən təhlükəli tərəfinin standart vəziyyətlər olduğunu vurğulayıb: “İlk matçda bütün təhlükəli epizodları standart vəziyyətlərdən yaratdılar. Sabah necə oynayacaqlarını bilmirəm. Açıq futbol göstərəcəklərsə, buyursunlar, mən bu cür oyunu sevirəm”.

Baş məşqçi Coy Lens Mikelslə Emmanuel Apehin durumuna da toxunub: “Mikelsin kiçik zədəsi var idi. Amma bərpa prosesi üçün 1 həftə vaxtı oldu. Apehlə bağlı heç bir problem yoxdur”.

Təcrübəli mütəxəssis “Qarabağ”ın bu gün Bakıda Polşa “Rakuv“una qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə də fikirlərini bölüşüb: “Azərbaycan təmsilçisi ilk matçda çox yaxşı oynadı. Sadəcə, kiçik səhvlər baha başa gəldi. Amma “Qarabağ” təcrübəli komandadır. Azarkeşlərin də dəstəyi ilə uğur qazana bilərlər. Bizi bu gün maraqlı oyun gözləyir. Lakin çox ağır qarşılaşma olacaq”.

Qeyd edək ki, avqustun 3-də Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək oyun saat 20:00-da başlayacaq. İlk matçda “Sabah” 2:0 hesablı qələbə qazanıb.

Paylaş

Xəbər lenti

DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb Bu gün, 11:49 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar" Bu gün, 11:49 Arda Gülər "El-Klasiko"da əsas heyətdə yer ala bilər Bu gün, 11:48 Avropa etirazlar dalğasında: "Qoca qitə"ni nə gözləyir? Bu gün, 11:48 Bakıda kafedə dava zamanı bir nəfər öldürüldü - 9 nəfər saxlanıldı - ANBAAN VİDEO Bu gün, 11:48 "Çelsi" və "Mançester Yunayted" "Sportinq"in futbolçusu üçün mübarizə apara bilər Bu gün, 11:48 Zaqatalada həyət evlərindən oğurluq - 1 nəfər tutuldu Bu gün, 10:49 Sakit Okean sahillərində 7.2 ballıq zəlzələ - Sunami təhlükəsi elan olunub Bu gün, 10:49 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - ANBAAN VİDEO Bu gün, 10:48 Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb Bu gün, 10:48 Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb - Faktiki hava Bu gün, 10:48 Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar Bu gün, 10:48 Bakıda FIFA U-15 dünya çempionatı və festivalına start verilir Bu gün, 09:48 Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib Bu gün, 09:48 Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək Bu gün, 09:48 Canni İnfantino Bakıya gəlib Bu gün, 09:48 Ayı məktəbə su borusu ilə girməyə çalışıb Bu gün, 00:48 Kompüterin yavaş işləməsinin gözlənilməz səbəbi açıqlanıb Bu gün, 00:48 Bakıda sürücülər üçün 40 manatlıq "tələ" Dünən, 23:48 ABŞ strateji ehtiyatdan 400 min barelədək neft ayıracaq Dünən, 23:48 Qara dənizdə vurulan gəmidən xilas edilən azərbaycanlıların fotosu Dünən, 23:48 Akif Əyyubov vəfat etdi Dünən, 23:48 "Qərbi Azərbaycanın yaddaş yerləri": Yalnız soydaşlarımızın yaşadığı Bəriabad kəndi necə erməniləşdirilib? Dünən, 23:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Ərinc kəndinin tarixi araşdırılıb Dünən, 22:48 Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb Dünən, 22:48 Toydan çıxan Vətən müharibəsi qazisini ürəyindən bıçaqlayıb öldürdülər Dünən, 22:48 Bakıda 18 saylı avtobusda qalmaqal: Sərnişinlər yıxıldı, sürücü isə kobudluq etdi Dünən, 22:48 Cəlilabadda 10 hektar ərazi yandı Dünən, 22:48 Səfir: Niderland XİN başçısının Bakıya səfəri zamanı əməkdaşlığa dair "Yol xəritəsi" qəbul ediləcək Dünən, 21:48 Ustanın işlədiyi evdə meyiti tapıldı Dünən, 21:48 Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi Dünən, 21:48 Robert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı Dünən, 21:48 SOCAR-dan Şimal bölgəsində yanacaq verilişinin dayandırılması iddialarına cavab Dünən, 21:48 Pakistanda avtobusla mikroavtobus toqquşdu: Ölənlər və yaralananlar var Dünən, 20:48 Zelenski Ukrayna, Rusiya və ABŞ üçtərəfli görüşünün planlarını təsdiqləyib Dünən, 20:48 Rusiya Azərbaycan məhsullarını Gürcüstan vasitəsilə idxal edə bilər Dünən, 19:48 14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı Dünən, 19:48 Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu Dünən, 19:48 Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu Dünən, 19:48 Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib Dünən, 18:48 Şimali Koreyanın Cənubi Koreya ilə sərhədə 960 min mina basdırdığı iddia olunur Dünən, 18:48 Tennis və padel icması ilə növbəti görüş keçiriləcək Dünən, 18:48 4 rayonda qanunsuz ağac kəsimi aşkarlanıb, təbiətə 40 min manatdan çox ziyan dəyib Dünən, 18:48 Qazaxda TIR yandı Dünən, 18:48 Kimlər dövlət dəstəyi ala bilməyəcəklər? - Siyahı Dünən, 18:48 Sahibkarların nəzərinə: Yerli mallar üçün yeni qayda təsdiqləndi Dünən, 18:48 Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR