2-08-2023, 18:19 606

İnformasiya müharibəsində Azərbaycan modeli: İlham Əliyev ön cəbhədə savaşır - ŞƏRH

Azərbaycan 44 günlük Vətən müharibəsində misilsiz zəfər qazandı. Təbii ki, bu qələbə güclü ordu və məğrur xalqın birliyi sayəsində mümkün oldu. Lakin dünyada yaşanan müharibə təcrübələri də göstərir ki, praktik müharibə ilə yanaşı, informasiya savaşı da olduqca vacibdir. Necə ki, ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin timsalında bu savaşdan da üzüağ çıxdı. Bununla belə, real müharibənin praktik olaraq bitməsinə baxmayaraq, informasiya müharibəsi hələ də davam edir.

Dünyaca məşhur, yarım milyard izləyici kütləsi olan “Euronews” televiziyasının bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla müsahibəsi bu savaşın bitmədiyini bir daha göstərmiş oldu.

İlham Əliyev hər dəfəsində olduğu kimi, bu müsahibə zamanı da öz qəddini qoruyub saxladı. Onun özgüvəni, israrlılığı müxbirin bütün suallarına verdiyi ətraflı cavablar qədər kəsərli idi. Hər bir suala təmkinli, obyektiv və konkret cavablar alan müxbir çıxış yolunu Paşinyanda axtardı. Ona da öz məsuliyyət dairəsinə aid olan suallar ünvanladı. Təbii ki, Azərbaycan liderinin dürüstlüyü qarşısında tab gətirə bilməyən Nikol Paşinyan həmişəki kimi nala-mıxa vurmağa başladı. Müxbirin bəhs etdiyi konkret mövzulardan qaçmağa cəhd edən Paşinyan yenə də öz “havasını çalmağa” çalışdı. İstər 10 noyabr bəyanatı, istər Qarabağ erməniləri, istərsə də Laçın yolu məsələlərində təpədən dırnağa haqsız olduğunu bilə-bilə Paşinyan yenə də öz ampluasında, Azərbaycana qarşı ittihamlar tonunda idi.

Lakin əminliklə söyləmək olar ki, “Euronews”un təqdim etdiyi birgə müsahibəni izləyən, oxuyan milyonlarla insan Azərbaycan Prezidentinin sərgilədiyi obyektiv mövqeni aydın şəkildə sezə bildi. Çünki haqlı tərəf daim başıdik, qürurlu və məğrur dayanır. Necə ki, bütün dünya bir daha “Euronews”un efirində İlham Əliyevin timsalında Azərbaycanın bu məğrur duruşunu görmüş oldu.

Əlbəttə, bu, ilk deyil. Hələ 44 günlük müharibənin gedişində Prezident İlham Əliyev Ali Baş Komandan kimi həm də informasiya müharibəsinin ön cəbhəsində savaşırdı. O, 30-a yaxın nüfuzlu xarici kütləvi informasiya vasitəsinə saatlarla müsahibələr verdi. Azərbaycanın apardığı haqq davasını, müharibənin gedişini, baş verən prosesləri bütün dünyaya anındaca çatdırdı. Bu müsahibələrlə əsl həqiqətlər, ermənilərin müharibə cinayətləri bütün dünya ictimaiyyətinə çılpaqlığı ilə təqdim edildi. Dövlət başçısının təkcə “BBC News”a verdiyi müsahibə ilə bağlı “Twitter”dəki paylaşımını 3 milyondan çox insan izlədi, 85 mindən çox insan bəyəndi, 33 minə qədər insan isə videomüsahibəni öz səhifəsində paylaşdı.

Azərbaycanın informasiya müharibəsindəki daha bir zəfəri isə ötən ay - iyulun 21-də Şuşada qeydə alındı. Belə ki, “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu öz işinə başladı. Bu günədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri indi də müstəqil Azərbaycanın tarixində ilk dəfə dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya topladı. Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatıldı. Həmçinin, Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak etdi.

Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlər müzakirə edildi. Həmçinin, dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri ətrafında geniş fikir mübadiləsi aparıldı.

Bütün bunların fonunda isə Forumda ən çox diqqət çəkən məqam Prezident İlham Əliyevin xarici və yerli media nümayəndələrinə müsahibəsi idi. 3 saatdan artıq davam edən müsahibədə Azərbaycan Prezidenti xarici və yerli jurnalistlərinin suallarını ətraflı şəkildə cavablandırdı. Dövlət başçısının 3 saat boyunca bir-birindən fərqli suallara təmkinlə, dözümlə və əsas mətləbdən yayınmadan cavab verməsi Forum iştirakçıları tərəfindən heyrətlə qarşılandı. Əlbəttə ki, zəfər təkcə bu deyildi, zəfər həm də dövlət başçısının Azərbaycanın haqq savaşı ilə bağlı səsləndirdiyi fikirlərin eyni anda dünyanın onlarla nüfuzlu media orqanında yayılması idi...

Paylaş

Xəbər lenti

Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48 Təhsildən praktikaya, icradan auditə Bu gün, 12:48 Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR