2-08-2023, 19:21 556

Azərbaycan Ukraynanın İrpen şəhərinin bərpasına qatılır - FOTOREPORTAJ

Bu il Londonda Ukraynanın bərpası ilə bağlı keçirilən beynəlxalq konfransda Azərbaycan da üzərinə öhdəliklər götürüb. Bu öhdəliyə uyğun olaraq Azərbaycan artıq Ukraynanın Kiyev vilayətinin İrpen şəhərində ötən döyüşlərdə dağıdılmış sosial obyektlərin bərpasında iştiraka başlayır.

Bir il yarımdır davam edən müharibədə Ukraynanın onlarla şəhəri ciddi dağıntılara məruz qalıb, bəziləri isə tamamilə yer üzündən silinib. Londonda keçirilən beynəlxalq konfransda postmüharibə dövründə bu dağıntıların bərpası çərçivəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliklər əsasən məktəblərin, səhiyyə ocaqlarının və digər sosial obyektlərin yenidən bərpasında iştirakı ilə bağlıdır. Azərbaycanın bu təşəbbüsü həm də ona görə Ukrayna tərəfindən müsbət qarşılanır ki, ölkəmiz özü də təqribən 30 il əvvəl işğala məruz qalan zaman ciddi dağıntılar və vandalizmlə üzləşib və bunların nə demək olduğunu yaxşı anlayır. Beləliklə, bir müddət əvvəl azərbaycanlı arxitektorların Ukraynaya səfəri zamanı İrpen şəhərində olmalarının məqsədi də dağıntılara məruz qalmış sosial obyektlərin bərpasında iştirak etmək idi.

“AVESTA.AZ”un Şərqi Avropa bürosu İrpen şəhərindən reportaj hazırlayıb.

İrpen şəhərinin meri Oleksandr Markuşin “AVESTA.AZ”a bildirib ki, şəhərdə hərbi əməliyyatlar zamanı Akademik Zərifə Əliyeva adına məktəb də daxil olmaqla, təhsil müəssisələri, bağçalar dağılmışdı: “Mən Azərbaycanın Ukraynadakı səfirliyinə, Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) müraciət etdim. Məktəb qısa müddət ərzində təmir olundu. Ötən il sentyabrın 1-dən bizim uşaqlar bu məktəbdə yenidən təhsil almağa başladılar. Bu məqamda, qeyd etmək istərdim ki, bu, İrpendə ən böyük məktəbdir. Bir müddət sonra şəhərdə tez-tez elektrik enerjisi kəsilməyə başladı. SOCAR şirkəti bizə yardım göstərib və bu məktəbi generatorla təmin edib. Əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan səfirliyinə və SOCAR şirkətinə təşəkkür etmək istərdim. Bu il SOCAR məktəbin istilik sistemini təmin edəcək. Bununla bağlı işlər sentyabrın 1-dək tamamlanacaq. Sevindirici haldır ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən konfransda bildirib ki, ölkəsi Ukraynaya bərpa işlərində yardım göstərəcək. Bununla bağlı ilk işlər İrpen şəhərində həyata keçiriləcək. Qeyd edim ki, biz uzun müddət ərzində Azərbaycana dost olduğumuzu əməllərimizlə sübuta yetirmişik; İrpendə Zərifə Əliyeva adına park salınıb, şəhərin mərkəzi küçələrindən biri Zərifə Əliyevanın adını daşıyır, şəhərin ən böyük məktəbi Zərifə Əliyeva adınadır. Bu gün isə Azərbaycan öz əməlləri ilə sübuta yetirir ki, qəhrəman şəhər olan İrpenin dostu və etibarlı tərəfdaşıdır. Fikrimcə, azərbaycanlılar bizi yaxşı başa düşürlər, çünki Azərbaycanda da müharibə baş verib, böyük dağıntılar olub. Tanrıya şükür olsun ki, Azərbaycanda müharibə başa çatıb. Lakin bizdə müharibə davam edir və bizim hansı vəziyyətdə olduğumuzu başa düşürsünüz.

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevə bərpa ediləcək tikililəri göstərdik, bununla bağlı layihələri təqdim etdik”, - deyə o qeyd edib.

Şəhər sakini Olqa Poxlova da İrpen sakinləri adından yardıma görə Azərbaycana təşəkkür edib: "Əlbəttə ki, əgər Ukraynanın imkanı olsaydı, o da Azərbaycana hərtərəfli yardım göstərərdi, çünki biz qardaş ölkələrik və bir-birimizə kömək etməliyik. Dost xalqlarıq”.

Daha bir İrpen sakini Yuliya Kozi isə bildirib ki, Azərbaycanın bu təşəbbüsü onları qürurlandırır: “Hər bir yardıma şad olardıq, çünki İrpen şəhəri ciddi şəkildə dağıdılıb, zərər görüb. İndi şəhərdə bərpa işləri həyata keçirilir. Lakin hələ görüləcək işlər var və şəhərin bərpası üçün çox böyük vəsait lazımdır. İrpen çox gözəl, yaşıllıqlarla zəngin olan şəhərdir. Burada çox sayda park var. İrpenin əhalisinin sayı da çoxdur. Əlbəttə, istəyirik ki, şəhər bərpa edilsin və burada həyat davam eləsin. İrpendə azərbaycanlıların böyük diasporu var. Şəhərdə Zərifə Əliyeva adına gözəl park var. Düşünürəm ki, bizim xalqımız azərbaycanlılara çox hörmətlə yanaşır. Azərbaycanlıların şəhərimizə qonaq gəlməsindən çox şad olardıq”.

Qeyd edək ki, İrpendə görkəmli azərbaycanlı akademik Zərifə Əliyevanın adını daşıyan lisey ötən il şəhərdə döyüşlər səngiyəndən sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə “SOCAR Energy Ukraine” tərəfindən təmir edildi. Hazırda isə Azərbaycan Prezidentinin göstərişi ilə dövlət şirkəti məktəbdə xarici istilik izolyasiyası işlərini aparır. İşlər sentyabrın 1-nə qədər başa çatacaq. 2015-ci ildən azərbaycanlı akademikin adını daşıyan təhsil ocağı bu baxımdan I dərəcəli linqvistik məktəb adlanır. 2400 şagirdin təhsil aldığı məktəbdə yerli ukraynalılar ilə yanaşı, daimi və müvəqqəti yaşayan müxtəlif millətlərdən olan uşaqlar da təhsil alır. Təhsil ocağında ənənəvi günlərdə Ukraynadakı fərqli ölkələrin diplomatları, müxtəlif xalqların diaspor nümayəndələri vaxtaşırı qonaq olurlar, onlar məktəbin nəzdində yaradılan Zərifə Əliyevanın adına Muzeyin ziyarətçilərinə çevrilirlər.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR